Gül incədirsə, sən, gözəlim güldən incəsən, İncə nəzakətin qədər incə düşüncəsən. Hər oynadanda xəm qaşını, qan olur könül, Sanki bu fikirlə əl atırsan qılınca sən. Zalim, həmişə könlümü incitdi firqətin, Ömrümdə qoymadın məni bir ləhzə dincə sən. Ayinələr xəcalət olur görcək əksini, Naz ilə şanə zülfünə hərdən çəkincə sən. Gözdən kənarə getmə, bu dərd öldürər məni, Bilməm, nə növ səbr edə billəm gəlincə sən? Qəm guşəsində əyri qaşın qiblədir mənə, Ey eşq tanrısı, məni əydirmə küncə sən. Vahid, uzatma məsələni, ömrdən gedir, Ol qarə zülfə dərdini bir yol deyincə sən.
Əliağa Vahid

Qəzəllər
Qəzəllər
Reklam
- Bizi gözləntilerimiz incitdi...
Derdimiz insanlar ne çok incitdi bizi bu insanlar
Uçurtma Avcıcında Hosseini; "Afganistan'da çocuk çok ama Çocukluk yok" der. Dünya da öyle değil mi? İnsan çok ama "insanlık" yok.
"Şəkər portağalı"
Təsirindən çıxa bilmədiyim,ara-ara kövrəldiyim,hətta ağladığım o əsər.O qədər zərif,incə,həssas,duyğusal dillə yazılıb ki.Kitabı oxuyarkən təsəvvürdə canlandırmamaq qeyri-mümükündür.Zezenin özünəməxsus, bir o qədər də böyük xəyal dünyasına səyahət etmək əyləncəli olduğu qədər hüznlü idi.Sonunu isə belə istəməzdim.Ona özünün dediyi kimi "həyatın sevimli cəhətlərini öyrədən" Partuqanın ölümünü oxumaq ən kövrək,ən təsirli hissə idi mənim üçün.Əslində üzüntümün böyük hissəsi Zeze üçün idi.Dostu ilə,onun sevimli Partuqası ilə vidalaşmadan ayrılmaları qəlbimi incitdi.BİR SÖZLƏ,ƏSƏR YADDAŞIMDAN SİLİNMƏYƏCƏK,NƏ VAXT XATIRLASAM ZEZE ÜÇÜN BİR DAHA ÜZÜLƏCƏM.
Bəzən kimsə səni qarşılıqsız sevsin deyə gözləyərsən...
Məsələn ağladığımı heç vaxt heç kim hiss etmədi. Ən çoxda "sən nə yaşamış ola bilərsən" sözü incitdi məni...
Reklam
14 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.