Gül incədirsə, sən, gözəlim güldən incəsən, İncə nəzakətin qədər incə düşüncəsən. Hər oynadanda xəm qaşını, qan olur könül, Sanki bu fikirlə əl atırsan qılınca sən. Zalim, həmişə könlümü incitdi firqətin, Ömrümdə qoymadın məni bir ləhzə dincə sən. Ayinələr xəcalət olur görcək əksini, Naz ilə şanə zülfünə hərdən çəkincə sən. Gözdən kənarə getmə, bu dərd öldürər məni, Bilməm, nə növ səbr edə billəm gəlincə sən? Qəm guşəsində əyri qaşın qiblədir mənə, Ey eşq tanrısı, məni əydirmə küncə sən. Vahid, uzatma məsələni, ömrdən gedir, Ol qarə zülfə dərdini bir yol deyincə sən.
250 syf.
·
Puan vermedi
·
5 günde okudu
Məsudə Cabbar
Məsudə Cabbar
'ın oxuduğum ikinci əsəri idi.Ümumiyyətlə yazıçının qələmini bəyənirəm.Niyəsə onun kitabları mənə "reallıq çərçivəsində xəyal qurdurur" deyə bilərəm.Yəni həyatı tam olaraq "toz pembe" təsvir etmir.Amma eyni zamanda ümidsizlik də yaratmır.Sanki "xəyal qur,ümid etməkdən heç vaxt imtina etmə.Amma həqiqətləri də
Dinlə Məni
Dinlə MəniMəsudə Cabbar · 2016155 okunma
Reklam
"Şəkər portağalı"
Təsirindən çıxa bilmədiyim,ara-ara kövrəldiyim,hətta ağladığım o əsər.O qədər zərif,incə,həssas,duyğusal dillə yazılıb ki.Kitabı oxuyarkən təsəvvürdə canlandırmamaq qeyri-mümükündür.Zezenin özünəməxsus, bir o qədər də böyük xəyal dünyasına səyahət etmək əyləncəli olduğu qədər hüznlü idi.Sonunu isə belə istəməzdim.Ona özünün dediyi kimi "həyatın sevimli cəhətlərini öyrədən" Partuqanın ölümünü oxumaq ən kövrək,ən təsirli hissə idi mənim üçün.Əslində üzüntümün böyük hissəsi Zeze üçün idi.Dostu ilə,onun sevimli Partuqası ilə vidalaşmadan ayrılmaları qəlbimi incitdi.BİR SÖZLƏ,ƏSƏR YADDAŞIMDAN SİLİNMƏYƏCƏK,NƏ VAXT XATIRLASAM ZEZE ÜÇÜN BİR DAHA ÜZÜLƏCƏM.
düzələcəyini gözlədiyim nə vardısa hamısı zamanla dözülməz hal aldı. unudulmaq incitdi. çox pis incitdi.
Gül incədirsə, sən, gözəlim güldən incəsən, İncə nəzakətin qədər incə düşüncəsən. Hər oynadanda xəm qaşını, qan olur könül, Sanki bu fikirlə əl atırsan qılınca sən. Zalim, həmişə könlümü incitdi firqətin, Ömrümdə qoymadın məni bir ləhzə dincə sən. Ayinələr xəcalət olur görcək əksini, Naz ilə şanə zülfünə hərdən çəkincə sən. Gözdən kənarə getmə, bu dərd öldürər məni, Bilməm, nə növ səbr edə billəm gəlincə sən? Qəm guşəsində əyri qaşın qiblədir mənə, Ey eşq tanrısı, məni əydirmə küncə sən. Vahid, uzatma məsələni, ömrdən gedir, Ol qarə zülfə dərdini bir yol deyincə sən.
Əliağa Vahid
Əliağa Vahid
210 syf.
·
Puan vermedi
Bu kitab haqqında uzun uzun yazmaq istəmirəm. Çünki hekayə qəlbimi qırdı və məni çox incitdi. Heç onsuz da yazmaq istəsəm belə hekayədəki o acını və duyğuları sözlərlə ifadə edə bilməyim mümkün deyil. Bir insan öz qısa həyatına nə qədər kədər sığdıra bilər? Kitab çox qarşıma çıxdığı üçün oxumaq qərarına gəldim, haradan bilə bilərdim bu qədər çox ağlayacağımı? Kitabın adı "yaşamaq"-dır ama bu hekayədə yaşamaq adına heç nə yoxdur ancaq ölüm var. Sonda demək istəyirəm ki, "Youqing, sənin öz quzuların üçün hönkür-hönkür ağladığın kimi mən də sənin üçün ağladım, səni və o böyük ürəyini unutmayacağam balaca oğlan". Xatırladıqca və yazdıqca hələ də, duyğulanmağım normaldır?
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201625 okunma
Geri13
36 öğeden 31 ile 36 arasındakiler gösteriliyor.