Çox təsirli bir kitabla gəldim.
823 səhifə olmasına baxmayaraq insanı qətiyyən yormur, çox axıcıdır.
Əsasən mövzusu sevgi olaraq götürülsə də, bundan daha çoxdur..
1941-1943 ikinci dünya müharibəsi, Almanların Rusiyanı işğal dövrünü əhatə edib, müharibəni, aclıq, ailə bağları, nifrət, fədakarlıq və daha bir çox duyğuya yer verib, çox gözəl də işlənib kitabda.
Alexander və Tatyana baş xarakterlərin bir birinə və ətrafına olan incəlikləri məni məndən aldı.
Həqiqi bir tarixin sevgi hekayəsi ilə qurğulanması da deyə bilərik kitab üçün :)
3 kitablıq setin ilk kitabı imiş, digər ikisini bilmirəm nə vaxt oxuyacam amma mütləq oxuyacam.
#oxudugumkitablar