Jalə İslam

Reklam
Bir qucaqlıq canın var...
Aqşin Evrən
Aqşin Evrən
Elə darıxıram ki, az qala, evdən çıxıb sənin arxanca gəlsin mənim ayaq izlərim Ay balaca xanımım, Mən sən boyda sevməyi
Jalə İslam tekrar paylaştı.
“Her şeyin herkese anlatılamayacağını öğrenene kadar; çok tanışacak, çok konuşacak, çok yanılacaksın.”
Khaled Hosseini
Khaled Hosseini

Reader Follow Recommendations

See All
Nə gərəyi?
Bundan sonra qeyri birisi olaraq yaşamaq var. Qeyri bundan sonra yaşamağın nə gərəyi? Qurumuş bir kol kökü sancılmış torpağına Vətən desə nə gərəyi, deməsə nə gərəyi? Mənbəyi olan çay öz yolunda torpağına hopursa, mənsəb olsa nə gərəyi, olmasa nə gərəyi? Qul cəsarət sahibi deyilsə, yazı olsa nə gərəyi, olmasa nə gərəyi? Qəlb ritmindən utanırsa, zaman olsa nə gərəyi, olmasa nə gərəyi?
Reklam
Jalə İslam tekrar paylaştı.
Ən olmazlara...
Bəlli bir nüans var. Hər bir taleyüklü hadisə bitərkən başladığı nöqtədəki əks situasiyada dayanır. Bunu bütün qarşılaşmalara və yaxud bütün önəmli hadisələrə aid etmək olar. Hər bir son öz kinini, hər kin isə inkişaf etmiş bir saymazlıq doğurur. Qəlb bir kotan kimi öz gövdəsində əkinini davam etdirir. Beyin bir su kanalı kimi öz düşüncələrini cücərtmək adına hər daim onu sulayır. Zaman isə bizi məzlum bir kəndli kimi əkdiyimiz məhsuldan bəhrə görmədən təzyiqlərə məruz qoyur. Hər münasibət, əvvəlki münasibətin ilişib qalmış qurdlarını xaric etmək vasitəsi kimi həyatımıza daxil olur. Və zamanla özü ən böyük qurda çevrilir. Nə çəkib ata, nə də qoynunda saxlaya bilirsən. Yeni gübrəyə heç bir gərək yoxdur! -məsələsi həyatımıza tam olaraq bu zaman daxil olur. Məsələ budur ki, əziz dostum, qurdu boğub öldürməlisən. Sonra isə heç nə olmamış kimi yoluna davam etməlisən. Həyatın hər zaman çox ağrılı qanunları olur. Olmazları yaşamaq, yaşatmaq. İmkansıza vurulmaq, vurulduqca daha da böyük yararlanmaq, yaralandıqca öz kimliyini tanımamaq. Gərəyi olmayan bütün mövzular elə həmin an həyatımıza daxil olur. Hiss və təkəbbür arasında tak-tak, sağa-sola hərəkət edən kəfkir öz mənzilini heç cürə tapa bilmir.Cavab təkdir;Olmaz. Mənəviyyat isə ən dərinlərimizdən səslənir;Bəlkə... Heç bir məna arayışı, keçərlilik notu yoxdur. Məsələ öz hisslərini itirmədən öz təkəbbürünə uduzmamaqdır. Məsələ öz təkəbbürünün xəbəri olmadan hisslərini xoş tutmaqdır.
Göy və yer
Məhrumiyyətlərlə bağlı içimdə inşa etdiyim böyük bir zirvə var. Zirvələrin həsrəti daha ağır olur. Hansı ki zirvə uman deyil, umulan yerdir. Onu yad edənlərdə beləcə son gümanını umur. Göyə baxırıq hər ikimiz, umulan və uman. Mən onu göyə yaxınlaşdırıram. O isə mənə yer olmağın nə demək olduğunu yenidən xatırladır.
765 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.