Jalə İslam

Jalə İslam tekrar paylaştı.
Bütün hökm və qərarların varlıq adına məqsədsiz bir sonu yazması, başlamağı belə seçmədiyin yolun sonunda öz sonuna şahidlik etməyin, şahid olduğun hər sonda özünü təkrar-təkrar itirməyin necə də qəribə idi. Və...bütün bunlar olarkən mənim səni itirməyim ən dəhşətli olanı idi. Mən səni itirərkən yay fəsli payızla salamlaşırdı. Yarpaqlar solmuş gövdələri ilə budaqlardan kömək dilənirdi, budaqlar rüzgarın qanadında öz yolunu azırdı. Mən səni itirərkən itirilənlər adına ağlamağı bacara bilmirdim. Çox qəribədir ki, indi itirdiyim hər oyun, hər əşya adına özümü sarsıntılarla silahlandırıram. İndi məni susmaq da xilas etmir və indi məni sən də xilas edə bilməzsən. Məktubların ünvanlı olduğu bariz məsələdir. Bu sənə bir məktub deyil. İllər sonra özüm haqqında gələn kiçik bir etirafdır. Kiçik bir not: Yolun düşsə, bu dünyaya bir daha gəl demirəm. Ona görə ki, aludəsi olduğum həyat sənin dəyərli qəlbin, incə ruhun üçün çox ağırdır. İndi özümü cəhənnəm üçün hazırlayıram və narahat olma, arada kefimi yaxşı edəcək hadisələrlə də qarşılaşıram. Yəni belə... Zamanı geri ala bilmirəm, amma səni bütün gələcəyimə qataraq addımlayıram, Baba. Sən mənim qanadsız qəhrəmanımsan. Səni sevirəm! ©Jalə İslam
Reklam
Jalə İslam tekrar paylaştı.
GƏL! Gəl ən başından başlayaq. Qumlu sahilə dalğa vurmamış, payız yarpaqlarını xəzana əmanət etməmiş, günəşin şüaları pəncərəmizi qovurmamış olsun. Gəl ən olmazlara toxunaq. Məsələn, talenin bizim üçün yazdıqlarına qarşı gələk. Zamanın belə silə bilmədiyini silməyə çalışaq, ya da boş ver çalışmayaq. Tünd rəngli bir qələm götür,
Sahilin pıçıltısı
"Mənə dənizdən yaz dedilər, sənə dənizdən yazıram... " Bu gün sənə bu məktubu dənizin sahilindən yazıram. Əslində, nə yazacağımı özüm də bilmirəm. Bir yandan günəşin yandırıcı şüaları, bir yandan qarşımdakı mavi boşluğun valehedici gözəlliyi, bir yandan da sənin içimə əkdiyin həsrətin acı pıçıltısı. Əzabın izahının necə ağır olduğunu

Reader Follow Recommendations

See All
Məni kim sevib ki, sən də sevəsən..?
Özü də bilməyib sevmədiyini, Kim ki, utanmadan sevirəm deyib. Mən sənə sevirəm deyə bilmərəm Bu söz çox kişinin dilinə dəyib. Məni sevməyi də ummuram səndən, ALLAH deyilsən ki, bəndə sevəsən. Sevə bilmirsənsə utanma məndən, Məni kim sevib ki, sən də sevəsən. Gör məni bu sevgi nə hala salıb, Özümə baxanda qorxuram özüm. Vaxtında o qədər ağlamışam ki, İndi güləndə də yaşarır gözüm... Mirbədəl Həsənli🦋
)
Özümdən bilirəm ki, bəzi insanların vidaları varlıqlarından daha dəyərli olur. Lakin bunun səbəbini soruşan olsa, heç cürə əsaslandıra bilmərəm. Bəlkə də, varlığını sevmədiyin birinin gedişinə üzülmək elə ən böyük eqo göstəricisidir? Bəlkə də mən öz peşmanlığıma aşiqəm? İnsan həqiqətən qəribə məxluqdur. Özü üçün ən böyük yaranı, ən böyük imkansızlığı özü yaradır. İş dözmək məsələsinə gələndə isə ondan məzlumu və yazığı olmur. Hər son onun qələmi ilə yazılır, hər başlanğıc onun hisləri ilə məhv olur. Fəqət məzlum insan yenə də gedəndən üzsüzlük umur.
Reklam
962 öğeden 31 ile 45 arasındakiler gösteriliyor.