Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Jeremiah

Jeremiah
@jeremiahh
Susuzluqdan çatlamış torpağam, ağla bir az mənə.
Reklam
Ruhuma niyə bu qədər əzab verirsən, Tanrı? Bu qədər sevgisizliyə layiq olacaq nə etmişdim? Balaca kirpim yadındadırmı, onu necə də sevirdim. Heç bir şəkili də yoxdur. Dodağıma batan dikanlarındən öpərdim onu. Sevgi belədir mənə görə, səni incitsə də, əgər həqiqətən, sevirsənsə olduğu kimi qəbul edirsən, dözürsən, sevirsən.. heç kəslə bölüşmürsən, sənin olur, sənə aid olaraq qalır. Mənim kirpimə bəslədiyim sevgi də belə idi. Kirpi kimi bir canlı təkcə məni görəndə bükülmürdü. Bu bilirsən nə deməkdir? Səndən qorxmuram, sənə inanıram. Şüursuz bir canlı belə onu hər dəfə dikanından öpəndə hiss edir ki, mən bu qız üçün dəyərliyəm.. Tanrım, bir kirpi qədər belə ola bilməyən insandan danışmaq istəyirəm sənə. Kirpimdən daha sərt dikanları olan birinə hələ bu çirklənməyən qəlbimi açmışdım. Dünyada ən adi, ən miskin, hətta ən axmaq adamın da insanı min bir heyrətə salan çox qorxulu və ziddiyyətlərlə dolu ruhu olur...Nə üçün bunu başa düşməkdən çəkinirik?! Ruhuma, hisslərimə və inanclarıma xəyanət elədi dikanlarından öpməyi gözə aldığım adam.