Julia Quinnin qələmindən çıxan Bridgerton seriyası, təkcə romantik bir sevgi hekayəsi deyil, eyni zamanda ailə bağlarının, cəmiyyətin gözləntilərinin və şəxsi seçimlərin toxunduğu isti bir dövr romanıdır.
Hər kitab fərqli bir Bridgerton qardaşının və ya bacısının həyatını, onların sevgidəki sınaqlarını və böyümə yolculuğunu izləyir. Seriya boyunca həm yumor, həm duyğusallıq, həm də 19-cu əsr İngiltərəsinin cazibəsi oxucunu öz içində itirir.Mənim daha çox bəyəndiyim 1-ci və 3-cü kitab idi.
Əgər dövr romanlarını, ailə temalı romantikaları və içində həm güldürən, həm də düşündürən hekayələri sevirsinizsə, Bridgerton seriyası sizin üçündür!