Metanet Kerimova

Metanet Kerimova
@karimovvam
18 okur puanı
Mart 2022 tarihinde katıldı
420 syf.
·
Puan vermedi
Kitabı uzun zamandır ertəyirdim,səbəbi isə məni İrandakı qatı qanunların sıxacağını düşünürdüm və özümü hazır hiss etmirdim. Təbii ki, əvvəlcədən oxumadığım üçün peşman oldum. İlk dəfə Qanun nəşriyyatının kobud səhvləri ilə qarşılaşdım hansı ki, səhifələrdə çatışmazlıqlar və təkrarlar var idi. Ama buna baxmayaraq, kitab o qədər möhtəşəm idi ki,bu problemlər məni qıcıq etsə belə məni kitabdan soyutmurdu. Əsərdə hisslər o qədər insana keçirdi ki, xəbəriniz belə olmadan özünüzü hadisələrin içində tapırdınız ,sanki, o hissləri siz də yaşayırsınız ,o qanun çərçivələri sizə də qoyulub. Normalda kitabları yavaş- yavaş oxuyan biri olaraq bu kitabı bir su içimində oxuyub bitirdim. * Spoiler* Bir qadının hər şeyə rəğmən oxumaq, təhsil almaq sevgisinin bitməməsi mənə yüksək motivasiya qazandırdı. Düşünürəm,hər bir qadının kitabı oxuyub savada, biliyə sahib olmağın, öz ayaqları üstündə durmağın bir qadın həyatındakı vacibliyini dərk etdirəcək bir əsərdir. Məsumədə oxumaq həvəsi olmasa, sadəcə yaşıdları kimi “ərə gedib”, “uşaq baxmağı” özünə borc bilsə idi, bu qədər güclü olub hər kəsi qarşısına alaraq, müxtəlif mübarizələr apararaq uşaqlarına ali təhsil verib, onların gələcəyini quran qadın olmazdı. Bununla birlikdə o həm də çox fədakar qadın idi. Fədakarlığı ucbatından sonda tək qaldı və ürəyindəki sönməyən məhəbbəti də övladlarına qurban verdi…
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,576 okunma
Reklam
96 syf.
·
Puan vermedi
Əsərin 1928-ci ildə kişi yazıçı tərəfindən yazılması çox heyrətə gətirici və sevindirici haldır ama pyesin yazılmasından 100 il keçməsinə baxmayaraq əsərdə qoyulan problemlərlə indiki dövrümüzdə də tez- tez qarşılaşmağımız çox acınacaqlıdır hətta deyərdim Faciəvidir.
Sevil
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020343 okunma
324 syf.
·
Puan vermedi
·
11 günde okudu
Mark Levi ilə ilk tanışlığım dəyərli dostlarımın bu kitabı mənə hədiyyə etməsi ilə oldu. Kitab həqiqətən çox maraqlı idi, hətta gözyaşlarımı saxlaya bilmədiyim anlarda oldu. Əsərdə bir neçə mövzudan bəhs edilir: ata-övlad münasibəti, sevgi,həyatımızda tamamlanmamış bəzi hadisəlar və hisslər. Kitab gözlənilməz sonluqla bitti. Əslində bitməyin heç istəmirdim. Valideynlərimizi, nəyinki valideynlərimiz həmçinin digər həyatımızda varlığı vacib insanları bilib-bilmədiyimiz səbəblərə görə qınamamalıyıq ən azından onlar yanımızdaykən onlarla açıq söhbətlər edib bir-birimizə demədiyimiz sözləri vaxtında deməliyik.Kitab həyatda daha cəsarətli,qərarlı olmağı, insanlara hər anın, yaxınlarımızın dəyərini bilməyi oxuculara göstərməyə çalışır. Qısaca oxuculara mütləq ki nələrsə qatan bir əsərdir.
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0845 okunma

Okur Takip Önerileri

Tümünü Gör
83 syf.
·
Puan vermedi
“Satranç” bir nəfəsə oxunulacaq bir kitabdır. Başlarda biraz sıxıcı ola bilər ama sonra kitab çox axıcı gedir. Dr. B. Avstriya hökümətinin nümayəndələrinin bütün gizliliklərini bilən və onların mal-varlıqlarını idarə edən biri olduğu üçün Gestapo tərəfindən tutulur. Ama Dr.B.-yə digərləri kimi fiziki zülm deyildə, psixoloji zülm edirdilər. Onu bir oteldə 4 divardan ibarət bir otağda saxlayırlar. Otaqda qətiyyən kağız, qələm,qəzet və s. kimi baş qatmaq üçün heçbirşeyə icazə yoxdur. Beləliklə insanın təklikdən fikirlərinə boğulub hərşeyi etiraf etdirməyə çalışırlar. Dr. B. sorğuya alınacağını gözləyərkən kiminsə asılı olan paltosunun cibində kitab olduğunu hiss edir və kitabın nə kitabı olduğunu bilmədən onu oğurlayır. “Cəhənnəm”-inə geri dönəndə kitabın şahmat dərs kitabı olduğunu anlayır. Bununla da Dr.B.-nin qorxunc təkliyi sonlanır. Kitabda olan 150 şahmat partiyasın dəfələrlə təkrar-təkrar oynayıb əzbərləyir və bu ona bəs etmir.Beləliklə də özündən yeni partiyalar icad etməyə çalışır. Beynində iki fərqli nəfərlik oyun oynamağa başlayır. Bu oyunlar bitməz hal alır . Gecə yatarkən belə şahmat oynayır. Özünə zərər verməyə başlayır və tezliklə xəstəxanaya yerləşdirilir. Kitabda faşizmin insan ruhuna nə dərəcə zərər verdiyini bunun nəticələrini acınacaqlı vəziyyətdə göstərir.
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020239,1bin okunma