"Həyatımız hər gün qısalır. Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidir."
A romanı reper Qaraqan'nın ilk əsəridir. Dəqiq bilmirəm amma deyəsən əsəri 18 yaşında yazıb. Və bu yaşda belə bir əsər yazmaq inanılmazdır.
Qaraqan'ın bütün replerini çox sevərək və düzənli olaraq dinləyirəm. Bütün replerini sevirəm amma "Aysel" tamam başqadır.
Kitabları oxuyub bitirdiyim zaman oxuyucuların fikirlərini mütləq oxuyuram. Nə düşündükləri mənə maraqlı gəlir.
Bir oxuyucunun incələməsində "Məni ən çox əsəbləşdirən şey kitabda qadının alçaldılması, kişinin üstün göstərilməsi... Təəssüf ki bu işlənmişdi... " qadının kişiyə ehtiyacı var qadın gücsüzdü buna görə sevməyi normaldı bəs niyə kişilər bu gücsüz varlıqları sevir bağlanır" o qədər dar düşüncədir ki..." yazılmışdı.
Qaraqan heç bir cürə kitabında qadını alçaldacaq cümlə işlətməyib. Yəni əlbəttə ki həqiqətən QADIN olanları. Bu məsələ haqqında çox şey yazmaq istəyərəm amma nəyisə səhv deyərəm düşüncəsindən çəkinirəm. Səhv deyərəm, düşüncəmi çatdıra bilmərəm falan filan.
Qaraqan kitabında və "Azad H.O.S.T-Çular" repində açıq aydın pozğun qadın düşməni olduğun bildiribdir. Yəni mənim fikrimcə kitabda QADIN alçaldırması yoxdur. Əksinə Qaraqan repində və kitabında kişilərin pozğun qadınlara görə QADINlarını aldatmasına qarşı olduğun bildiribdir.
Gələk Anar və Ayselin sevgisinə.
Əslində mən ilk görüşdə eşqə inanıram. Amma Qaraqan kitabda elə bil ilk görüşdə eşqi "biraz" abartılı yazıb. Yəni ilk görüşdə birin sevərsən falan amma tay durub ona görə intihar edərəm demərsəndə. Ya da bilmədən öpüşürsüz (klip çəkilişi üçün) sonra deyirsiz "mən səni sevirəm. Sənin yoxluğuna görə intihar etməyi düşündüm" falan filannn. Nəysə ki bu yeri mənim üçün biraz abartılı gəldi. Amma çox fikir verməyənlər üçün heç birşeydir.
İndi gələk Anarın