Öncəliklə yazarı sevdim, bəyəndim. Dini nə olub bilmirəm, amma Allaha bağlı və imanlı biri olduğunu düşünürəm. Kitabı yüksək dünyagörüşlü bir müsəlmanın qələmə aldığı təsəvvürü yaratdı məndə. Kişisel menkıbe, işaretler və s. Mən bunları vəhy və qədər adlandırardım.Ona göndərilən vəhylərlə yaşadığı yeri tərk edib xəzinə axtarışına çıxan gənc Santiago, ürəyinin səsinə qulaq asmağı bir Simyacıdan öyrənərək, əslində yaşadığı yerdə olan xəzinəni tapır. Bəzən gözümüzün qabağında olanı görmək üçün dünyanın o başına da getmək gərəkirmiş....
Bu kitabı 1k da paylaşılan bir ileti ilə tanıyıb oxumuşdum. İletide evləndiyiniz insan Simyacıyı bilməsə nə edərdiz deyə soruşulurdu, səhv etmirəmsə. Düzü biraz utanmışdım, bu qədər məşhur olan əsərin adını eşitməmişəm deyə, və ilk işim oxumaq oldu. İlk əvvəl darıxdırıcı olsa da, oxumağa dəyər, verdiyi dərslər təqdirə layiqdi.
Xoş mütaliələr....