Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

q.xeyale

q.xeyale yorumladı.
Moqadişu yeddi yüz min əhalisi ilə Somalinin ən böyük şəhəridir.
q.xeyale okurunun profil resmi
Təsiredici kitabdır, xoş mütailələr sizə 🤗
Qardasova Ulker okurunun profil resmi
Çox sağolun🥰❤️
Reklam
q.xeyale yorumladı.
240 syf.
10/10 puan verdi
·
Beğendi
Xəz Paltolu Madonna”, türk ədəbiyyatının ən öndə gedən yazarlarından biri olan Sabahattin Alinin oxucular tərəfindən ən çox bəyənilən əsəridir. Müəllif əsərin baş qəhrəmanı olan Raifin daxili səyahətini eşq ilə bürüyərək oxucuya təqdim etmişdir. Oxunduğu zaman uzun müddətli təsir buraxan əsər olan “Xəz Paltolu Madonna”, eyni zamanda müəllifin
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,3bin okunma
q.xeyale okurunun profil resmi
Maşallah, ətraflı incələmə olub 🤗
hemzezadeh okurunun profil resmi
Tam bir incələmə də sayılmaz əslində.Amma yenədə təşəkkür edirəm.)))
q.xeyale yorumladı.
264 syf.
10/10 puan verdi
·
Beğendi
Kitabı oxuyanlar iki cəbhəyə ayrılıb, bəyənənlər və “vaxt itkisi” hesab edənlər. İlk olaraq, onu deyim ki, heç bir kitab vaxt itkisi deyil. Ən elementar və yaxşı olmayan kitabdan belə özümüz üçün, həyatımızın müəyyən situasiyası üçün dərs çıxarmaq mümkündür. Sadəcə, kitabı ötəri olaraq, sonunu görmək üçün yox, həqiqətən hər cümləsində bir fikir axtararaq oxumaq lazımdır. İndi isə gələk bu kitaba, mənim indiyə qədər oxuduğum ən yaxşı kitablardan biri idi. İstər sadə və anlaşıqlı dili, istər mövzusu, istər süjet xətti olsun, hər şey əla idi. Kitab sizə eşq, sevgi mövzulu kitab kimi görünə bilər, amma hər cümləsində fəlsəfi düşüncələrə rast gələcəksiniz. İnsanı yaşadan nədir, məqsədimiz, çatmalı olduğumuz nöqtə haradır- hamısına cavab tapacaqsınız, əgər diqqətlə oxusanız. Çox danışmayacam, qətiyyən vaxt itkisi deyil, mütləq oxuyun
Ne İçin Varsan Onun İçin Yaşa
Ne İçin Varsan Onun İçin YaşaHikmet Anıl Öztekin · Destek Yayınları · 20216,3bin okunma
q.xeyale okurunun profil resmi
Sizinlə tam razıyam, üslubu, mövzusu zəif olan kitabdakı bir cümlə belə sənə nəsə qatır.

Okur Takip Önerileri

Tümünü Gör
q.xeyale yorumladı.
182 syf.
·
Puan vermedi
·
1 saatte okudu
gecikmiş incələmə
Bu kitabı oxuyandan sonra bəzi düşücələrimin yaxşı yöndə dəyişdiyini deyə bilərəm. . Həyata daha fərqli baxıb daha fərqli sorğulamağa başlamışam. "Oyanmaq istəyirsənsə mütləq oxu" deyəcəyim kitabların ən başında bu kitab gələr. . Hətta instada bir çox postlarımı bu kitabdakı sözlərdən,fikirlərdən yola çıxaraq hazırlamışdım.)) Nəysə keçid edək kitabın mövzusuna. Kitab, varlanmaq daha dəqiq desək düzgün şəkildə yaşamaq üçün nə etməli olduğumuzu bizə sadə yollarla başa salır. Kitabda Robertin " varlı və kasıb atanın" ona verdiyi nəsihətlərdən yola çıxaraq öz həyat yolunu tutma müarizəsi qələmə alınmışdır. . "Varlı valideyinlər övladlarına nə öyrədirlər ki ,bunu kasıb valideyinlər öyrətmir.." . Doqquz yaşında uğur əldə etmək üçün çalışan Robertə elə dostunun atası (varlı atası)sözün əsl mənasında yoluna işıq tutur. Bundan sonra onların "Siçovul yürüşlərində"itbata düşməməsi üçün onlara maraqlı dərslər verir. . Sözlərin gücü və təsiri böyükdür. Kasıb ata pulu olsa da pulsuzluqdan əziyyət çəkərək "limitli" nəsihətlər verərkən, varlı ata daim "limitsiz" nəsihətlərlə qarşısına çıxar. . Hər iki atanın gözəl nəsihətləri Robertin "həftəbecər" olmuş beynində bir cığır açar. . Bu gün bu kitabın ərsəyə gəlməsi ,Robertin o dərslərdən yaxşı nəticə çıxardığının sübutu ola bilər. . Dəyişmək, dəyişdirmək istəyirsənsə bu kitabı oxu və oxut.
Varlı Ata, Kasıb Ata
Varlı Ata, Kasıb AtaRobert T. Kiyosaki · Qanun Nəşriyyatı · 06,8bin okunma
q.xeyale okurunun profil resmi
Aydın incələmə olub, çox sağolun.🤗
Qardasova Ulker okurunun profil resmi
Vaxt ayırıb oxuduğunuz və fikir bildiirdiyiniz üçün mən təşəkkür edirəm.🌼