Siz mənə namuslu adam olmağa vəd etdiniz. Mən sizin ruhunuzu satın alıram. Mən sizin ruhunuzu qara fikirlərdən və zülmət dünyasından xilas edərək Allaha tapşırıram.
İnsan təfəkkürünün hüdudu yoxdur. O, cəsarət edib, öz korluğunu da tədqiq edir və öyrənir, hətta demək olar ki, o öz parıltısı ilə sanki təbiətin özünü də kor edir. Bizi əhatə edən sirli aləm aldığını bizə qaytarır və çox ehtimal ki, seyr edənlərin özlərini də seyr edənlər var..