kitablandy

256 syf.
·
Puan vermedi
·
12 günde okudu
L. M Montgomery-Mavi Şato kitabı haqqında yazacam bu gün. Yaxşı ki, oxudum. Valancy 29 yaşlı, heç vaxt evlənməmiş, yaltaq və dedi-qoducu bir ailənin xəyalpərəst qızıdır. Günlərin bir günü Valancy ölümcül xəstəliyə tutulduğunu öyrənir və bu xəbər onun üçün dönüş nöqtəsinə çevrilir. Bunu ailəsindən gizlətməyinə baxmayaraq , xəstəliyi səbəbindən ailəsinə baş qaldırır və həyatında ilk dəfə istədiyi kimi davranmağa başlayır. Valancy dəyişir və yaşadığı bu illərin sözün əsl mənasında qisas alır. Evdən çıxıb ona kömək etmək üçün qayğıya ehtiyacı olan birinin evində məskunlaşır. Və əsas həkayə bundan sonra başlayır. Kitabı çox sevdim . İnsanın özünü necə dərk edə biləcəyini, öz mahiyyətini tapa biləcəyini və başqalarının qoyduğu qaydalara “yox” deyə biləcəyini çox gözəl izah edən bir kitabdır. Biz , öz həyatımızda yolumuzu tapmalı və bizim şəxsiyyətimizə zidd olan hər şeyə,yox deyə bilməliyik.
Mavi Şato
Mavi ŞatoL. M. Montgomery · Dedalus Yayınları · 202367 okunma
Reklam
384 syf.
9/10 puan verdi
Hər kəsə salam Mənə aylar sonra post paylaşdıran kitab Michelle Cohen Corasanti “Badem Ağacı”. Bir çox kitabı oxuyanda duyğulansam da ,iç çəkə - çəkə ağladığım tək kitab oldu.Müharibə, günahsız insanlar , Ahmedin yaşadığı acı dolu həyat… Kitab sadə üslubda yazılıb ,axıcı idi. Oxumağa başladım və bitirmədən əlimdən yerə qoya bilmədim. Ahmedin həyata qarşı duruşuna,yaşadığı o qədər zülmə baxmayaraq həyatdan, xəyallarından imtina etməməsinə , insan sevgisinə heyran qaldım. Gözümdə yaşlarla oxudum mübarizəsini. Kitabda da dediyi kimi; başarı hiç düşmemek değil, her düşüşünde kalkabilmektir..
Badem Ağacı
Badem AğacıMichelle Cohen Corasanti · Pegasus Yayınları · 20157 okunma
484 syf.
·
Puan vermedi
·
6 günde okudu
Romanımızın baş qəhrəmanı Jorj Dürua eqoist , sui-istifadə edən, manipulyator, ikiüzlü, şöhrət və pul düşkünü biridir. O, həyatında çoxsaylı qadınların sayəsində uğur qazanmağına baxmayaraq onlara hörmət etmir. Bir çox oxucu əsəri oxuduqdan sonra Dürua’nın heç bir istedadının olmadığını iddia edir. Bəs necə? İstedadlarının sayı saysız-hesabsızdır: o, insanlarla ünsiyyətdə maskaları məharətlə dəyişdi, manipulyasiya etdi, yalan danışdı ,bir sözlə istədiyi məqsədə çatmaq üçün hər şeyi etdi. Kitabın adına aldanıb dostluq haqqında kitab zənn etməyin. Çünki Dürua "Qəşəng dost" adına layiq olacaq ən son insandır. Kitabın əsəblərimi korlamasını nəzərə almasaq, kitab çox axıcı və maraqlı idi. Bir insanın güc ,pul uğruna nə qədər alçala biləcəyini çox sadə dillə izah edən bu kitabın sonu necə olacaq deyə maraqla oxuyacaqsınız.
Qəşəng Dost
Qəşəng DostGuy de Maupassant · Teas Press Nəşriyyatı · 2023624 okunma