15 nəfər bir kitab oxuyaraq gizli bir yarışmaya dəvət olunur. Yarışma günü isə onları sürpriz gözləyir - siyahıda adı olmayan naməlum 16-cı iştirakçı. Telefonlar yığılır, çıxış qapıları bağlanır və hər kəsə oyundakı rolu bildirən kartlar paylanır.
Əvvəlcə bu, adi "MAFIA" oyunu kimi görünür. Ta ki, qaydalarda yazılmayan dəhşətli həqiqət ortaya çıxana qədər:
MƏĞLUB OLAN ÖLÜR.
İştirakçılar oyunu dayandırmağa, sistemə qarşı çıxmağa çalışırlar. Amma artıq gecdir. İstəsələr də, istəməsələr də oyunu sona qədər oynamaq məcburiyyətindədirlər.
Hadisələr köhnə bir psixiatriya xəstəxanasında baş verir. Burada təkcə oyunda qalmaq uğrunda mübarizə getmir - hər personaj öz travması, qorxuları və qaranlıq keçmişi ilə üz-üzə qalır.
Xəyanət.
Satqınlıq.
Gizli sirrlər.
İnsan psixikasının sınma nöqtəsi.
Azərbaycan ədəbiyyatında oyun - mexanika üzərində qurulan ilk psixoloji triller.