1982 Təvəllüdlü Kim Ci Yon

Ço Nam Ju
30 yaşlı Kim Ci Yon səs-küylü Seulun kənarında balaca bir mənzildə yaşayır. Bir çox koreyalı qadın kimi, yeni doğulan qızına baxmaq üçün işindən ayrılmalı olub. Çox keçmir ki, onda ərini, valideynlərini və ərinin qohumlarını narahat edən qəribə simptomlar üzə çıxmağa başlayır: Ci Yon həm tanıdığı, həm də tanımadığı, həm yaşayan, həm də vəfat edən qadınların səsi ilə danışmağa başlayır. Ci Yon bu psixoza daha dərindən qərq olduqda məyus olan əri onu kişi psixiatrına göndərir. Kitabın müəllifi keçmiş ssenarist olan Ço Nam Ju romanı iki ay ərzində yazaraq başa vurub. O, romanın belə sürətli yazılmasını bu cür izah edir: “Kim Ci Yonun həyatı mənim həyatımdan çox fərqlənmir. Məhz bu səbəbdən bu qədər tez, hazırlıq görmədən yazıb bitirmişəm…” “Minumsa” nəşriyyatı tərəfindən 2016-cı ilin oktyabrında nəşr olunan roman 27 noyabr 2018-ci il tarixində 1 milyondan çox nüsxə satılmışdır. 2009-cu ildən bəri Kun Suk Şinin “Anam sənə əmənət” romanından sonra milyon nüsxə ilə satılan ilk Koreya romanı hesab edilir. 22 ölkədə 1,3 milyondan çox nüsxə satılan bu roman “National Book Award”ın “Tərcümə ədəbiyyatı” kateqoriyasına və “A New York Times Notable Book of 2020 and Editors’ Choice Selection”ın uzun siyahısına daxil edilmişdir. “NPR”, “TIME Magazine”, “Chicago Public Library” bu kitabı 2020-ci ilin ən yaxşı kitabı seçib. “Təkcə həyəcanlı bir roman deyil, cəmiyyətin əsl güzgüsüdür. Müəllif o qədər cəsurdur ki, bizi olduğumuz kimi – simasız göstərməyi bacarıb”. — Korean Literature Now “Bu kitabı oxuduqdan sonra bir çox şeyə fərqli gözlə baxmağa başladım. Bir qadın olaraq üzləşdiyim haqsızlıqları mənə xatırlatdı. Bu hiss məni təəccübləndirdi”. — Çhve Su Yön, “Girls’ Generation”-ın üzvü
Yazar:
Ço Nam Ju
Ço Nam Ju
Tahmini Okuma Süresi: 4 sa. 32 dk.Sayfa Sayısı: 160Yayınevi: Fabula Nəşriyyat
ISBN: 9789952463156Dil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
160 syf.
·
Puan vermedi
·
10 saatte okudu
Mövzu -30 yaşında olan Kim Ci Yon adlı qadın Seulun kənarında balaca bir mənzildə yaşayırdı.Bir çox koreyalı qadın kimi ,yeni doğulan qızına baxmaq üçün iş yerindən ayrılmalı olur.Cox keçmir ki onda ərini, valideynlərini narahat edən simptomlara rast gəlinir:Çi Yon həm tanıdığı,həm tanımadığı, həm yaşayan,həm də vəfat edən qadınların səsi ilə danışmağa başlayır və yoldaşı onu kişi psixiatrına aparmağa qərar verir... ____________________________________________ Hər kəsin oxumadığı, az tanınan kitablar həmişə daha diqqətimi çəkib.. Kitab elə maraqlı gəldiki tam 1 gün olmadan bitirdim.Koreya mədəniyyətini, adət ənənələrini,orada baş verən sosial-məişət durumlarını bilmədiyim üçün bəzi hissələri qeyri -adi gəldi.Qeyri - adi dediyim isə oradakı insanların əksəriyyətinin tam da Azərbaycanda yaşayan əksər insanlar kimi düşünməsi, davranışları idi əsasən də qadınlara qarşı..cinsi ayrı seçkilik.. oğlanların,oğlan uşaqlarının, kişilərin daha ön planda olması ..
1982 Təvəllüdlü Kim Ci Yon
1982 Təvəllüdlü Kim Ci YonÇo Nam Ju · Fabula Nəşriyyat · 037 okunma
Reklam
160 syf.
·
Puan vermedi
Koreya mentallığı ilə Azərbaycan mental dəyərlərinin bu qədər oxşar və yaxın olduğuna çox təəccübləndim. Əsəri oxuyana kimi bu reallıq barədə məlumatsız idim.
1982 Təvəllüdlü Kim Ci Yon
1982 Təvəllüdlü Kim Ci YonÇo Nam Ju · Fabula Nəşriyyat · 037 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.