21 Kölgə Yoldaş

Wulf Dorn

21 Kölgə Yoldaş Yorumları ve İncelemeleri

21 Kölgə Yoldaş yorumları ve incelemelerini, 21 Kölgə Yoldaş kitabı hakkındaki okur görüşlerini , 21 Kölgə Yoldaş puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.510 üzerinden
134 Kişi · 40 İnceleme
404 syf.
8/10 puan verdi
·
31 günde okudu
İki rəfiqənin başlarına gələn faciəvi hadisə onların həyatlarını dərindən sarsıb sirli keçmişi üzə çıxardacaq. 21 dəqiqəlik ölüm anı və ölümdən sonraki həyatın varlığına fərqli aspektdən yanaşılmış bir hekayə. Eyni zamanda ailə və dostluq münasibətləri, edilən fədakarlıqlar çox gözəl qələmə alınıb kitabda. Hər nə qədər kitaba adaptasiya olub qısa müddətdə bitirə bilməsəm də süjet xətti gözəl işlənmişdi. Sadəcə olaraq Wulf Dorn'un oxuduğum digər kitablarına nəzərən fərqli tərzdə olmasıyla kitabı çox da sevə bilmədim..
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022264 okunma
402 syf.
9/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Kitabı indicə bitirdim və uzun müddət sonra Wulf Dorn'un tanış qələmiylə yazılmış kitabı oxuyub canıma çəkmək mükəmməl duyğudur. Kitabın axıcılığına söz ola bilməz və artıq Wulf Dorn kitabları üçün ənənə halına gələn "3-4 səhifədən bir yeni bölməyə keçid" həqiqətən də, oxumağı sürətləndirirdi. Mənim fikrimcə, daha əvvəl oxuduğum kitablarına nisbətən bu yeni kitab daha az qorxulu idi. ( Kitabı oxuyanda bunu daha yaxşı anlayacağınızdan əminəm). Azərbaycan dilində oxuduğum ilk Wulf Dorn kitabı idi və düşünürəm ki tərcümə, həqiqətən də, çox uğurlu alınıb. Ahammmmm bu kitab da beləcə oxundu və rəfə qoyuldu. Tək təsəllimiz Wulf Dornun öz dediyinə görə, yenicə bir kitabı yazmağa başlamasıdır))). Sizə xoş oxumalarrrrr.
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022264 okunma
Reklam
404 syf.
·
Puan vermedi
·
4 günde okudu
Dostumun hədiyyəsi
Əvvəla demək istərdim ki , oxumağa səbirsizləndiyim , çox sürükləyici , oxuduqca növbəti hissəsini həyəcanla gözlədiyim , bitdiyinə heyifsiləndiyim bir kitab idi. Vulf Dorn insanların qəlbini və beynini ələ keçirməyi çox yaxşı bacarır. Və digər kitabları kimi bu kitab da favorilər siyahıma daxil oldu.
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022264 okunma
404 syf.
7/10 puan verdi
·
37 günde okudu
Ölüm və həyat
Bu əsərdə iki əkiz qız verilir . Eyni yumurta əkizləridir. Təməl düşüncələri belə eynidir . Ancaq fərqli ailələrdə böyüməyin onların şəxsiyyətlərinə necə təsir etdiyi çox yaxşı göstərilib. Ölüm və həyat məsələsini, ailənin insan şəxsiyyətinin formalaşmasına təsirini , dostluğu , ailə münasibətlərini anlamaq üçün oxuyun.
21 Kölgə Yoldaş
21 Kölgə Yoldaş
Wulf Dorn
Wulf Dorn
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022264 okunma
404 syf.
8/10 puan verdi
·
Beğendi
·
29 günde okudu
Uzun zamandan sonra kitabı bitirdim bir az gec oldu bilirəm. Kitab haqqında fikirimi bildirmək istəyirəm. Müəllifin bir çox kitabını oxumuşam bu kitab onlar qədər olmasa da yaxşı idi. Olduqca yaxşı tərcümə edilmişdi. İki qızın dostluğundan bəhs edilir. Günümüzdə belə dostluqlar çətin tapılır. Qısacası mövzu olaraq bəyəndim oxumağa dəyər. Peşman olacağınıza inanmıram çünkü Wulf Dorn öz işinin öhdəsindən layiqincə gəlib. Dostluq hər şeyədən güclüdür.
21 Kölgə Yoldaş
21 Kölgə YoldaşWulf Dorn · Press Nəşriyyatı · 2022264 okunma
Reklam
40 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.