37MM Sözleri ve Alıntıları

37MM sözleri ve alıntılarını, 37MM kitap alıntılarını, 37MM en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Hər bir insanın gözünün çəkdiyi filmlər əslində ən möhtəşəm ilkin material işləridir. Onları montaj edən isə həmin gözlərin gördüyünü insan beyninə yazmış xatirələrdir. Səslər o xatirələrin sauntrekidir. Filmin keyfiyyətini illər uzunu saxlayansa, bizim yaddaşımızdır. Buna görə də insan həyatı heç bir rejissorun təsvir edə bilməyəcəyi qrandioz nailiyyətdir. Təkrarolunmaz nailiyyət. Hər bir rejissorun, hər bir incəsənət xadiminin bir şedevri, bir Maqnum Oposu olur. Hər birimizin də bir Maqnum Opusu var. Həyat!
Sayfa 164Kitabı okudu
Həmid Babayev :
"Sevgi, itki, qürur, sədaqət, qərəz, cəsarət, qorxu. Həyat. Və ölüm. Reallıqda olan hər şeydən bir parça var bu kitabda. İkimiz də dönə-dönə bu kitabın ədəbi nümunə olmadığını vurğulayırıq, amma.. Ədəbiyyat bu duyğuları səhifələrdə tapmaq deyilsə, onda nədir?"
Sayfa 215 - Nebula Publishing HouseKitabı okudu
Reklam
"Çıxan milyonlarla sənət işindən bir çoxunun müəllifinin adı, ümumiyyətlə, bizə maraqlı deyil. Onların ad olaraq kimə məxsus olması önəmli deyil. Əsas onların işıq üzü görməsi, ortaya çıxan işin kütləyə çatdırdığıdır. Əyləncə, düşüncə və emosiyalardır."
Sayfa 193 - Nebula Publishing HouseKitabı okudu
"Sadəcə lentə almaq".
"dərk etdim ki, əslində dünyaya yeni nəfəs gətirməyi də, insanların şərəfsizliyini də daha sülh dolu vasitələrlə nümayiş etdirmək olar. Kimisə öldürmək, xəbər manşetlərində olmaq lazım deyil. Dünyanı başqa cür də dəyişmək olar. Bunun mənə görə ən təhlükəsiz yolu ideyaları lentə almaqdır, boss. Nə kimisə öldürmək, nə də kimisə hansısa ideyaya görə öldürtmək. Sadəcə lentə almaq. Fikrini sonsuzluğa qədər lentə həkk etmək."
Nebula NəşriyyatıKitabı okudu
"Axı, görəsən, insanlara heç olmasa bir dəfə xəyallarını gerçəkləşdirmək üçün fürsət niyə verilmirdi? Bəlkə də, verilirdi, ancaq bu fürsəti insanlar görə bilmirdi."
Sayfa 163 - Nebula Publishing HouseKitabı okudu
- ...ancaq özünün də dediyi kimi heç bir şey 100 faizlik olmur. - 100 faiz? - Bəli. Məşhur sitatlarından idi. Onun üçün təbiətdə ən təmiz maye spirtdir. O da ki, 96 faizdən o tərəfə keçmir.
Sayfa 83 - Nebula Publishing HouseKitabı okudu
Reklam
70 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.