37MM Posts

You can find 37MM books, 37MM quotes and quotes, 37MM authors, 37MM reviews and reviews on 1000Kitap.
Hər bir insanın gözünün çəkdiyi filmlər əslində ən möhtəşəm ilkin material işləridir. Onları montaj edən isə həmin gözlərin gördüyünü insan beyninə yazmış xatirələrdir. Səslər o xatirələrin sauntrekidir. Filmin keyfiyyətini illər uzunu saxlayansa, bizim yaddaşımızdır. Buna görə də insan həyatı heç bir rejissorun təsvir edə bilməyəcəyi qrandioz nailiyyətdir. Təkrarolunmaz nailiyyət. Hər bir rejissorun, hər bir incəsənət xadiminin bir şedevri, bir Maqnum Oposu olur. Hər birimizin də bir Maqnum Opusu var. Həyat!
Sayfa 164Kitabı okudu
Hər bir insanın gözünün çəkdiyi filmlər əslində ən möhtəşəm ilkin material işləridir. Onları montaj edən isə həmin gözlərin gördüyünü insan beyninə yazmış xatirələrdir. Səslər o xatirələrin sauntrekidir. Filmin keyfiyyətini uzun illər saxlayansa, bizim yaddaşımızdır. Buna görə də insan həyatı heç bir rejissorun təsvir edə bilməyəcəyi qrandioz nailiyyətdir.
Sayfa 164Kitabı okudu
Reklam
Həyatını istədiyin kimi yaşa, məcbur qaldığın kimi yox.
Sayfa 163Kitabı okudu
Başqa cür də dünyanı dəyişmək olar. Bunun isə mənə görə ən təhlükəsiz yolu ideyaları lentə almaqdır, boss. Nə kimisə öldürmək, nə də kimisə hansısa ideyaya görə öldürtmək. Sadəcə lentə almaq. Fikrini sonsuzluğa qədər lentə həkk etmək.
Sayfa 138Kitabı okudu
Mənim həyatım 35 mm-dən ibarətdir, siz isə əlavə iki millimetrsiniz, axmaqlar.
Sayfa 135Kitabı okudu
Bilirdim ki, son yaxındır və belə olacaq! Hər gün arzulayırdım ki, kişinin ölümü sabah gələcəksə, qoy o səhərə gözünü açmasın! O isə çırpınaraq aramızdan getdi. Əziyyət içində. Son anlarında nə hiss etdi, onu da bilmədik. Mən isə əli qolu bağlı, qıraqdan həkimlərin səriştəsizliyini izləmək şansını da son anda itirdim...
Sayfa 118Kitabı okudu
Reklam
70 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.