Hər şeyin qırxı var. Doğulan körpənin, ananin, gəlinin, doğuşun, ölümün. Başlanğıc va sonluqların üstündən keçən qırx gün əhəmiyyətlidir. Qırx; faryaddan qurtuluşdur, qəbul etməkdir, çətinliyi sovuşdurmaqdır. Dünyada baş verən bir çox mühüm hadisələrin qırx sayı ilə əlaqəsi var.
Atalarımız "Bir şeyi qırx gün desan, olar", deyiblər. Biz də qırx gün qırx addımda çalışsaq, faydalı olacağımı düşünürəm.