Salamlar hamıya
Aralarında böyük yaş fərqi olan imkanlı Səlimə ilə Kamran ər - arvad kimi bir yerdə yaşayırlar. Səlimə Kamranın ona xəyanət etdiyini öyrənib falçı yanına gedir. Falçı Sevdanın əli ilə Kamranın sevdiyi qadın olan Aytənin ölməsi üçün əməl etdirir.
Onsuz Aytənin taleyi qaradır. Atalığı Hafiz tərəfindən zorlanmışdır. Üstəlik hamilə olduğu ortaya çıxır. Kamran varisi olduğu məşuqəsi Səliməni öldürüb var - dövlətini əlinə keçirsə Aytənlə evlənə biləcək. Aytən Kamranın niyyətini bilsə də ona qarşı çıxmır. Sadəcə Kamranın başına nəsə gəlməsini istəmir. Yoxsa başqasının ölümü üzərindən xoşbəxt olmaq onu narahat etmir.
Pulu parası ilə dolandığı Səliməni öldürmək istəyən Kamran, qızlığı Aytənə "payım" dəyən alçaq Hafiz, gənc qız olan Nərgizin ölməsi üçün əməl etdirən Səlimə və Kamranın Səliməni öldürmək istəməsindən Kamrana bir şey olmamasından savayı nararahatçılıq duymayan Aytəndən də başqa kitabda pis xarakterli və mənfi obrazlar var.
İştahası doymayan Hafizin qonşuluqlarında olan, münasibət yaşadığı Nərgiz ürək bulandırır. Cinayətləri araşdıran kapitan Elnurdan çox ümidli idim. Davranışı xoşuma gəlmədi. Öz ağlınca guya dərs keçir. Sən işini gördün. Əla! Cinayətkarları tapdın əla! İndi get o tərəfdə oyna! Heç kim heç kimi təhqir edə bilməz. Daha bəsdir Səlimənin rəfiqələrindən danışmayacağam. Onlar haqqında da danışsam gərək gedim bir vedrə qusum.
Mənfi obrazların çoxluğuna baxmayaraq müəllifin sözlərdən yaradıcı şəkildə istifadəsi, dilimizdən geninə-boluna yararlanması oxu prosesinin mənim üçün rahat olmasına şərait yaratdı. Bu yazarın uğurudur ki, bu qədər mənfi obrazın bir araya gəldiyi romanı yarımçıq saxlamağı bir an olsun düşünmədim. Mistik yanı cüzi idi, yanmağı ilə sönməyi bir oldu. Yazıçı biraz qurğuya önəm verməli idi. İki cinayət işlənən kitabdan