Namazın mənəvi məqamları

Adabus-Səlat

İmam Humeyni

Most Liked Adabus-Səlat Quotes

You can find Most Liked Adabus-Səlat quotes, most liked Adabus-Səlat book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Əgər namazlarımızda bəndəlikdən əsər-əlamət olsaydı, o zaman onun səmərəsi insanın məhv və bədbəxt olması üçün hər biri ayrı-ayrılıqda yetərli olan xudbinlik, məğrurluq və təkəbbür deyil, təvazökarlıq olardı.
Zahirin təmizlənməsi batinin paklanmasının müqəddiməsidir. Dünyəvi təmizlik hasil olmayınca, qəlbdə təqva yaranmaz.
Reklam
Dünya bədən kimidir: Onun başı lovğalıq, gözü hərislik, qulağı tamah, dili riya, əli şəhvət, ayağı xudpəsəndlik, ürəyi qəflət, varlığı yoxluq, hasili məhv olmaqdır. Buna görə də dünya onu sevənə lovğalıq verər, onu yaxşı sayana hərislik əta edər, onun arxasınca gedəni tamaha düçar edər, onu mədh edənə riya libası geyindirər, onu istəyəni xudpəsəndlik və xudbinliyə düçar edər, ona etimad edəni qəflətə salar, onun malına vurulanı məhv edər, onun malını toplayana xəsislik edər və onu öz yerinə — Cəhənnəm oduna yollayar.
İmam Rza (ə.s) buyurur: -Dəstəmaz almaq ona görə əmr edilib ki, bəndə əzəmət sahibi olan Allahın qarşısında dayananda, Onunla münacat edən zaman pak olsun, ona edilən əmrə itaət etsin, natəmizlik və murdarlıqdan uzaq olsun. Bununla yanaşı, dəstəmazın süstlüyün aradan qaldırılması, mürgünün dəf edilməsi və qəlbin qüdrət sahibi olan Allah qarşısında dayanmaq üçün paklanması kimi digər faydaları da vardır." /Üyunu əxbar ər-Rza,c.2,s. 104, bab 34, hədis 1
Xoşbəxtliyin və Cənnət qapılarının, həmçinin bədbəxtliyin və Cəhənnəm qapılarının açarı bu dünyada sənin özündədir. İstəsən üzünə Cənnət və xoşbəxtliyin qapılarını açarsan, istəsən də əksinin.
Dünyanın quruluşu belədir. İnsan sanki həmişə əlində olmayan şeyi istəyir, axtarır. İnsan dünyadan arzuladığı bir hissəni düşünür. Nə qədər ki, istədiyinə sahib olmayıb, onun arxasınca gedir və əldə etmək üçün zəhmətlərə qatlaşır, özünü təhlükələrə atır. Lakin dünyadan istədiyini ələ keçirdikdən sonra əldə etdiyi onun üçün adiləşir və daha mürəkkəb istəkləri yaranır. Bu dəfə özünü həmin şeyi əldə etmək üçün əziyyətə salır. Beləcə, onun dünyaya eşqi heç vaxt sönmür, əksinə, hər an daha da artır, əzab-əziyyət daha da çoxalır. Bu fitrət və təbiət heç vaxt dayanmır.
Reklam
27 öğeden 21 ile 27 arasındakiler gösteriliyor.