Yoram Kaniuk (1930-2013) ən məşhur İsrail yazarlarından biridir. Daha çox romanlarıyla tanınan yazıçının eyni zamanda rəssamlıq, jurnalistika, teatr tənqidçisi kimi də fəaliyyətləri olmuşdur. "Adamın dirilməsi" romanı əsasında çəkilən film (Adam Ressurected) böyük maraq doğurmuşdur. "Adamın dirilməsi" Yoram Kaniukun ən parlaq əsəridir. Romanda qaz sobalarında yandırılmağa aparılan yəhudilərin arasından əyləncə məqsədilə sağ buraxılan təlxək Adam Steinin həyatından bəhs olunur. Artıq o, Nəcəf çölündə sağ qalanların müalicə olunduğu reablitasiya mərkəzində bir xəstədir, yerinə görə həkimlərdən daha zəkalıdır, ancaq xəstələrin hamısından daha səfeh olan Adam, həssaslıqla dəlilik arasında öz həyatına məna qazandırmağa çalışır. Le Monde qəzeti Yoram Kaniuk haqqında bunları yazmışdır: "İstər dağınıq üslubunun orijinallığı, istərsə xarakterlərinin həssaslığı və kəskin açıq saçıqlığı ilə Kaniuk zamanəmizin ən böyük yazarlarından biri olaraq qəbul edilməlidir".