Adi Əhvalat

İvan Gonçarov

Adi Əhvalat Yorumları ve İncelemeleri

Adi Əhvalat yorumları ve incelemelerini, Adi Əhvalat kitabı hakkındaki okur görüşlerini , Adi Əhvalat puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

9.110 üzerinden
12 Kişi · 2 İnceleme
344 syf.
10/10 puan verdi
·
Beğendi
Bu kitaba başlamazdan əvvəl 1k-da incələmələrə baxmaq istədim lakin tapmadım . Düşündüm ki oxunma sayı az və incələməsi olmayan kitab o qədər də insanda təsir yarada bilməz. Lakin bu kitabı oxuduqdan sonra bu kitabı oxuyanların sayının az olması insanı kədərləndirir. Kitab çox sadə bir hekayəyə əsaslanır. Hekayəsi sadə olsa da mürəkkəb yazılmışdır və insanda böyük təsir yarada bilir. Hekayə Aleksandrın şəhərə köçməsi ilə başlayır . Kitabda baş verən hadisələr hər bir insanın başına gələ bilər , lakin hadisələr elə təsvir edilir ki , kitaba daha da maraq qatır . Aleksandr şəhərə əmisinin yanına gedir . Əmisi Pyotr İvanıç çox soyuqqanlı və daşürəkli biri kimi təsvir edilir . Bu kitabda sanki hər insanın içində gedən ağıl və ürəyin dialoqu görmək olar. Aleksandr yalnız ürəyi ilə hadisələrə baxır və bəzi səhvlər edir . Əmisi Pyotr İvanıç isə yalnız ağlı ilə hərəkət edir və həyatın dadını ala bilmir. Burada bizim içimizdə gedən ürəyimizlə ağlımızın mübahisəsini Pyotr İvanıç və Aleksandr canlandırır . Hadisələrə ürəyimizlə və ya ağlımızla qərar vermək bizə düşər, amma bəzən ağıl bəzi şeyləri görməz , ürəklə baxmaq lazımdır . Bəzən isə ürəyimiz bizə çox böyük səhvlər yaşada bilər. Bəlkə də ağıl və ürəyi eyni dərəcədə istifadə etmək lazımdır .
Adi Əhvalat
Adi Əhvalatİvan Gonçarov · Avrasiya Press · 200626 okunma
344 syf.
10/10 puan verdi
·
Beğendi
Tövsiyyə olunmalı kitabdır Hər zaman olduğu kimi , yaşlılar yaşadıqlarından nəsihət verir , bizsə yaşamadan anlamırıq . Xəyal dünyasından ayılmaq üçün yaşamalı olduğumuz xəyal qırılıqları lazımımızdır . Yaşadığın zaman sevdiyin şeylər oyandığında utanacağın şeylər ola bilər ...
Adi Əhvalat
Adi Əhvalatİvan Gonçarov · Avrasiya Press · 200626 okunma