Adolf Hitler

Verner Mazer

Adolf Hitler Quotes

You can find Adolf Hitler quotes, Adolf Hitler book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Hitlerin strategiyası əsasən təbliğatın təsirini nəzərə almaqla, hərbi potensialı idarə etməkdən ibarət idi. O, qısa müddətlik də olsa “beynəlxalq ictimai fikrə” təsir edə bilmək naminə həqiqi strateji mənafeləri xəyali təbliğat uğurlarına qurban verirdi.
Sayfa 151Kitabı okudu
Sonradan öz iradəsinin əksinə siyasətçi olduğunu bildirən Hitlerin 1918-ci ildə nə vətəni, nə tamamlanmış təhsili, nə də bir peşəsi var idi. O, tez-tez siyasi fəaliyyətlə məşğul olmaq, peşəkar natiq kimi fəaliyyət göstərmək və gələcəyini siyasətdə tapmaq barədə düşünürdü.
Sayfa 170Kitabı okudu
Reklam
Hitler həmişə oxumağa vaxt tapırdı. O, hətta İkinci Dünya müharibəsi zamanı da əsəblərinin gərginliyinə və səhhətindəki ciddi problemlərə baxmayaraq, əlinə hər imkan düşəndə kitab oxuyurdu.
Sayfa 207Kitabı okudu
Dörd il ərzində İpr, Fromel, Messin, Vitşet, Somme, Artua, La-Bass, Arras, Şemen de Dam, Marn və La-Montendə döyüşdüyü zaman Hitlerin polk komandirlərinin işlərini müşahidə etmək və sülh zamanı baş qərargah zabitinin belə əldə edə bilməyəcəyi təcrübəni əldə etmək imkanı olmuşdu. Sonradan, İkinci Dünya müharibəsi zamanı o bu mənada generalların əksəriyyətindən üstün idi. Ancaq heyrətamiz ideyalarına, intuisiyalarına və cəsarətli qərarlarına baxmayaraq, o, prinsip etibarilə ömür boyu hər şeyi ətraflı şəkildə bilməsi, eşitməsi və görməsi zəruri səciyyə daşıyan, hər xırda məsələyə görə şəxsən qərar qəbul etməli olan polk komandiri olaraq qalmışdı.
Sayfa 148 - FƏSİL 4 REYX ƏSGƏRİKitabı okudu
14 öğeden 11 ile 14 arasındakiler gösteriliyor.