Adolf Hitler

Verner Mazer

Most Liked Adolf Hitler Posts

You can find Most Liked Adolf Hitler books, most liked Adolf Hitler quotes and quotes, most liked Adolf Hitler authors, most liked Adolf Hitler reviews and reviews on 1000Kitap.
Qəbul imtahanının birinci hissəsinin öhdəsindən gələnlər təqdim etdikləri rəsmlər əsasında imtahandan əvvəl gördükləri işləri nümayiş etdirməli idilər. Hitler Urfar və Linsdə hazırladığı rəsm qovluğunu təqdim etdi. Qovluqdakı rəsmlər arasında portretlərin az olması imtahançının Hitleri akademiyaya qəbul etməməsinə səbəb oldu. …Hitler 1907-ci ildə bir neçə artıq portret çəksəydi, görəsən, dünya nələrdən qurtulmuş olardı? Axı elə bu gün də ona məxsus olan və akademiyanın tələblərinə cavab verə biləcək portret və etüdlərə rast gəlmək mümkündür.
O (Hitler) hesab edirdi ki, yəhudilik istənilən cəmiyyətin qəddar düşməni olaraq, başqa millətlərin qanını zəhərləyir, ruhlarını ələ keçirir, onları aldadır, yanıldır, istismar edir, mövcudiyyət uğrunda mübarizə etməkdən çəkindirir və millətləri məhv etmək vasitəsi kimi istifadə etdiyi demokratiyaya can atır.
Reklam
"İnsanlar tarixi öyrənsəydilər, həyat tamam başqa cür olardı”.
Adolf HitlerKitabı okudu
Son
“Mən bu şəhərdə əmr vermək hüququna malik idim. İndi isə taleyin əmrinə boyun əyməliyəm. Hətta xilas olmaq imkanım olsaydı da, bunu eləməzdim. Kapitan gəmisi ilə birlikdə batmalıdır". 13 aprel tarixində Yeva Braun general-leyenant Herxard Engelə özünü vurmaq haqqında sual vermişdi. Ətrafındakıların, xüsusi halda onu təyyarə ilə aparmaq istəyən Hann Rayç və Hans Baurun yola gətirmək cəhdlərinə baxmayaraq, Hitler Berlində qalıb intihar etməyi seçdi.
Sayfa 513Kitabı okudu
Hitler Vyanada olduğu kimi Münhendə də tənha yaşayırdı. Ətrafdakılar onu başa düşmürdü və bu Hitleri qətiyyən narahat etmirdi. O, ürəyini heç kimə açmaq istəmədiyindən insanlarla yaxın münasibət qurmaqdan, xüsusən də dost olmaqdan qaçırdı. Normal şəhər sakinlərinin fikrincə, Adolf Hitler mənasız və məqsədsiz ömür sürürdü. O, vaxtının çox hissəsini kitab və jurnal oxumağa sərf edir, şəkillərini isə günorta cəmi bir neçə saat ərzində çəkirdi. Bəzən isə piroq yeyərək qəzet oxumaq üçün yaxınlıqdakı kafeyə gedirdi.
Sayfa 123Kitabı okudu
560 syf.
10/10 puan verdi
·
Read in 13 days
Oxuduğum bioqrafik kitablar arasında ən mükəmməl kitab idi. Tarixə xüsusi marağı olanlara şiddətlə tövsiyə edirəm. Kitab da Adolf Hitlerin əsli, uşaqlıq və gəncliyi, rəssam və memar olması, 1-ci dünya müharibəsində və ondan sonrakı siyasi fəaliyyətinə dair rolu haqqında çox geniş məlumat verilmişdir. Psixoloji durumu, xəstəlikləri və xarakteri təfərrüatları ilə araşdırılıb və ortaya müdhiş bir əsər çıxıb. Müəllif Hitlerin şəxsiyyəti və ətrafı haqqında mübahisəli və mifə çevrilmiş məqamlara aydınlıq gətirib.
Adolf Hitler
Adolf HitlerVerner Mazer · Qanun Nəşriyyatı · 20136 okunma
Reklam
15 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.