Albert Einstein deyəndə ağlıma çox fərqli düşüncəli əyləncəli insan gəlir. Einstein həmdə Nikola Tesla'dan sonra ən çox sevdiyim elm insanıdır. Hər birinin dünyaya töhfəsi olmuşdur.
Hər bir İfadəsi insanı həm güldürə, həm öyrədə, həm də öz sualları qarşısında cavabsız qoya bilər. Kitabda Olan aforizmlər onun məqalələrindən Məktublarından və başqa kitablarından götürülmüş ifadələrdir. Dünyaya olan baxışı bu ifadələrdə öz əksini göstərmişdir. Einstein'nin müharibəyə, kapitalizmə, insanın həyata baxış bucağı, din, tanrı, siyasət, atom bombası, özünün nisbilik nəzəriyyəsi, milliyətçiliyə, əsgərliyə təhsil, hər bir mövzuda öz baxış bucağı bu kitabda göstərilmişdir. Fikrimcə onun kitablarında olan fikirlər ( dünyaya olan baxışı) əsl elm insanına uyğun (yaraşan) fikirlərdir.