Ağ Liman

Anar Rzayev

Ağ Liman Quotes

You can find Ağ Liman quotes, Ağ Liman book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Deməli, hər şey ola bilər. Fikrimdən qovduqlarım, quyular dibində basdırdıqlarım, haqqında düşünmək belə istəmədiklərim hamısı bir gün - beş ildən, on, on beş ildən sonra həyatım ola bilər.
Sayfa 21 - NemətKitabı okudu
Uşaqlıqda tez-tez dəyişir. Saniyə əqrəbi kimi. Böyűyəndə isə yavaș-yavaș. Saatlar, günlər gedir, ömürdən gedir, gündə necə dəyișdiyini duymursan, ancaq hər dəqiqə, hər saat dəyişirsən. İki-üç ildən sonra birdən baxırsan özünü tanımırsan. Əși, yəni bu mənəm?
Reklam
Füzuli
— Təhminə, bilirsən Füzuli nə deyir? — Nə deyir axı? Deyir ki: Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid Bir təsəllidir sənə ol söz ki, derlər var sübh. — Başa düşdün? — Az-maz. — Bir də bu “derlər” sözünə bütün dünya poeziyasını dəyişmərəm. Başa düşürsən, derlər, yəni görməyib, eşidib deyirlər. Kimsə deyib ki, haradasa sübh var, bircə bu təsəlli olmasa, şami-qəmdən, yəni axşam qəmindən yaxa qurtarmaq olmaz.
Sayfa 167 - Qanun nəşriyyatıKitabı okudu
Özüm özümə izah edib aydınlaşdıra bilmədiyim bir șeyi onlara necə izah edəcəm?
Təhminə də düşünürdü. Danışa-danışa düşünürdü. İçməklə yox, keçmişiylə sərxoşdu. Elə bil uzaq günləri içib dəm olmuşdu.
Sayfa 100Kitabı okudu
Bu gün səhər radioyla bir verilişə qulaq asırdım. Heç bilmirəm nə veriliş idi, ancaq orda bir şey dedilər, mənim yaman beynimə batdı. Təxmini deyirəm, dəqiq yadımda deyil. Üç obrazı əsas götürmüşdülər. - Pəncərə, qapı, güzgü, məcazi mənada, əlbəttə. Deyir bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır, özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də qapının dalındakı həyat. Ancaq güzgü. Ancaq özü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən dünyanı, həyatı seyr edirlər, seyrçidirlər. Pəncərədən gördükləri yaxşılıqları, pislikləri ancaq kənardan müşahidə edirlər. Və nəhayət, üçüncü qisim adamlar qapını açıb həyata, insanların yanına çıxanlardır. Pəncərədən gördüyü yaxşılıqlara qapıdan çıxıb qəhmər dururlar, pislik görəndə yenə qollarını çirməyib davaya girişirlər. Pəncərə, qapı, güzgü…
Sayfa 169 - TəhminəKitabı okudu
Reklam
Ömür elə uzun çəkir ki, ancaq pis olmağa, ya ancaq yaxșı olmağa heç kəsin hövsələsi çatmır. Görürsən biri həyatı boyu gah yaxşı olur, gah pis..
Adlarına ləkə düşməkdən qorxan bilirsənmi kimlərdir? O adamlardır ki, təmiz elə bir adlarıdır, özləri çoxdan çirkab içindədirlər. Ona görə də ancaq quru adlarinı qoruyurlar.
Deməli, hər șey ola bilər. Fikrimdən qovduqlarım, quyular dibində basdırdıqlarım, haqqında düşünmək belə istəmədiklərim hamısı bir gün-beş ildən, on, on beş ildən sonra həyatım ola bilər.
446 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.