Ağ Zanbaqlar Ölkəsi

Grigory Petrov

Ağ Zanbaqlar Ölkəsi Quotes

You can find Ağ Zanbaqlar Ölkəsi quotes, Ağ Zanbaqlar Ölkəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Maneələr olacaq, uğursuzluqlar olacaq, şəxsi və ümumi işinizin düşməni olan adamlar bəzən qələbə çalacaqlar - ancaq siz buna görə sönməyin! Ruhdan düşməyin! Heç vaxt, əllərinizi ümidsizlikdən yanınıza salmayın.
Sayfa 194 - Qanun NəşriyyatıKitabı okudu
Bəşəriyyət hələ böyük bir uşağa bənzəyir. Ağılsız və balaca uşaqlar kimi öz mübahisələrini münaqişələrə girişməklə həll edir.
Sayfa 119 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Gəldimm!
Tarix bəzilərinin heyvan, ya da qarışqa sürüsü hesab etdiyi xalq kütlələrinə şüurlu və firavan yaşamağın, dövləti möhkəmləndirib cəmiyyəti inkişaf etdirməyin yollarını göstərən elmdir.
Necə də doğru cümlələr:
Bağışlayın, bunları sizə açıq şəkildə deməyi özümə borc bilirəm : bilirəm, bütün peşələrdə olduğu kimi, müəllimlərin də arasında ruhuna görə pedaqoq olmayan çoxlu insan var. Onlar - öz fəaliyyətini sevməyən onu lənətlyən muzdurlardır. Onlara dostcasına təklif edirəm : əl çəkib gedin! İstənilən işlə məşğul olun ancaq canlı ruhuna və böyük biliyinə ehtiyac duyulan insanların yerini tutub xalqın maariflənməsinə mane olmayın.
Elmilik və bədiilik, bilik yanğısı və gözəllik - münbit bir torpaqdır, elm və incəsənət isə onların üzərində bitən, göz oxşayan çiçəklərdir.
Sayfa 168Kitabı okudu
Uşaqlardan sevgi hörmət və sözəbaxanlıq tələb etməyin. Buna, onları qorxutmaqla, söyməklə, cəzalandırmaqla nail ola biləcəyinizi düşünməyin. Özünüzü uşaqlarınızın qarşısında yaxşı aparmağınız kifayətdir, onlar sizi ləyaqətinizə görə sevəcəklər.
Reklam
Vətən uğrunda yaşamaq özü onun uğrunda ölməkdən kiçik qəhrəmanlıq sayılmamalıdır. Oxuyub-öyrənməyin, vətənin, doğma xalqın çiçəklənməsi üçün çalışmağın özü də ən böyük qəhrəmanlıqdır
Bizim ruhsuz məktəblərimiz sağlam düşüncə yerinə şagirdlərimizə quru və darıxdırıcı formulların ölü tozunu verib və verməkdə davam edir. Oxumaq həvəsi oyada bilmir. Dərsliklərdə elmilik yarada bilmir. Şagirdlərə elmi anlayıb dəyərləndirməyi öyrətmir.
"Həyatını lazımınca qura bilməməyin" ən başlıca səbəblərindən biri, hamının "həyatını lazımınca qurmaq" istəyib, ancaq heç kimin həyatın özünü "qurmaq" istəməməsiylə bağlıdır. Hamı həyatdan nəsə götürmək istəyir, ancaq heç kim ona nəsə vermək barədə düşünmür..
Sayfa 89 - Qanun nəşriyyatKitabı okudu
-Kimdir orda? -Ruhani lazımdır -Nə məsələdir? -İnsan ruhunun xilası üçün!
Sayfa 106Kitabı okudu
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.