Ağ Zanbaqlar Ölkəsi

Grigory Petrov

Newest Ağ Zanbaqlar Ölkəsi Quotes

You can find Newest Ağ Zanbaqlar Ölkəsi quotes, newest Ağ Zanbaqlar Ölkəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Məktəb bizim sərvətimizdir. Məktəblərimizi bizim əlimizdən alın, biz məhv olacağıq. Acıtmasız xəmir kimi daşıb yerə dağılacağıq.
Gəncliyi deyil, özünüzü qınayın. Gənclik sizin onu tərbiyə etdiyiniz kimi yetişib.
Reklam
-Kimdir orda? -Ruhani lazımdır. -Nə məsələdir? -İnsan ruhunun xilası üçün!
"Həyatını lazımınca qura bilməməyin" ən başlıca səbəblərindən biri, hamının "həyatını lazımınca qurmaq" istəyib, ancaq heç kimin həyatın özünü "qurmaq" istəməməsiylə bağlıdır. Hamı həyatdan nəsə götürmək istəyir, ancaq heç kim ona nəsə vermək barədə düşünmür.
Uşaqlardan sevgi hörmət və sözəbaxanlıq tələb etməyin. Buna, onları qorxutmaqla, söyməklə, cəzalandırmaqla nail ola biləcəyinizi düşünməyin. Özünüzü uşaqlarınızın qarşısında yaxşı aparmağınız kifayətdir, onlar sizi ləyaqətinizə görə sevəcəklər.
Vətən uğrunda yaşamaq, özü onun uğrunda ölməkdən kiçik qəhrəmanlıq sayılmamalıdır. Oxuyub-öyrənməyin, vətənin, doğma xalqın çiçəklənməsi üçün çalışmağın özü də ən böyük qəhrəmanlıqdır.
Reklam
Elmilik və bədiilik, bilik yanğısı və gözəllik - münbit bir torpaqdır, elm və incəsənət isə onların üzərində bitən, göz oxşayan çiçəklərdir.
Dilinizi təmiz tutun! Dostlarınızın qulaqlarını kirlətməyin! Kobud şəkildə söyüşlərlə danışmaq, it ulamasından daha pisdir. Söyüş söymək mənəvi mədəniyyətsizliyin göstəricisidir.
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.