Ağ Zanbaqlar Ölkəsi

Grigory Petrov

Ağ Zanbaqlar Ölkəsi Reviews

You can find Ağ Zanbaqlar Ölkəsi reviews, Ağ Zanbaqlar Ölkəsi book reviews, Ağ Zanbaqlar Ölkəsi ratings on 1000Kitap.
200 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 11 days
Suomidən - Li-li'yə
Finlandiya- Bataqlıqdan- bəyaz zanbaq diyarına... 3 milyon cahil xalq kütləsindən - Dünyanın ən xoşbəxt ölkəsinə... 《Bu təzadları yerlə bir edən finlər! Adından da göründüyü kimi kitab fin xalqının yüksəliş xəttindən bəhs edir. O xalq ki, 1809-cu ilə qədər İsveç, daha sonra isə Rusiya əsarətində olub. Müəllif kitabda aclıq, səfalət, cahillik,
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.1k okunma
200 syf.
7/10 puan verdi
·
Read in 6 days
Ümumiyyətlə, kitab maraqlı idi, çatdırmaq istədiyi fikirlərin əksəriyyəti əhəmiyyətlidir, fikrimcə. İlk başlarda axıcı irəliləyir, lakin artıq ortalarda yazıçı dinin təbliğatına çox yer verir. Dinə, tanrıya inanmamağı və inanmayanları əxlaqsız, talançı, pozğun adlandırır. Mən bu fikirlərlə razılaşa bilmədim. Hər tanrıya inananın yaxşı, mələk ruhlu insan olmadığı kimi, hər tanrıya inanmayan da şeytani hisslərlə dolu biri deyil və dini inancın olmaması cəmiyyəti bədbəxtliyə sürükləmir. Elmi tərəqqi din təbliğatı olmadan da mümkündür. Bu mənfi yönləri ilə yanaşı kitabda ən çox bəyəndiyim fəsillər valideyn və uşaqlardan, təhsildən, memarlıqdan, idarəetmədən bəhs etdiyi fəsillərdir. Ümumən kitaba şans verməyə dəyər, ancaq hər fikri ilə razılaşmaq çətindir və bu da normal bir haldır.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.1k okunma
Reklam
207 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
"Ağ zanbaqlar ölkəsi" tərifləndiyi qədər varmış... Kitab, bir ölkənin mədəni tərəqqiyə gedən inkişaf yolundan bəhs edən yüksək səviyyəli bir əsərdir. Həmin ölkə məhz Finlandiyadır. Təbiətin bütün gözəlliklərindən, eləcə də bir çox yaşayış imkanından məhrum olan finlər Y. V. Snelman adlı bir ziyalının ciddi səyi nəticəsində mədəniyyətlərinin inkişafı yolunda irəliləməyə başlayırlar. Az müddətdə buna nail olurlar. Xüsusilə Snelmanın xalqın mədəni inkişafı yolunda gördüyü işləri heyranlıq və rəğbət hissi ilə oxudum. Kaş Azərbaycanda da bu işlər tətbiq olunaydı dedim içimdən. Bir sözlə, kitabı çox bəyəndim, oxumağınızı tövsiyyə edirəm. Xoş mütaliələr!
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.1k okunma
200 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 27 hours
Best in History
Rusiyanın məşhur yazıçısı Grigoriy Petrov`un bu əsəri istər türk, istərsə də dünya xalqları tərəfindən böyük rəğbətlə qarşılanıb. Hətta kitab üzərində "AtaTürkün hərbi məktəblərin tədris planına salınmasını əmr etdiyi kitab" deyə not da var. Kitabda çox kiçik ölkənin (Finlanidiya) həyatı, mədəniyyəti, tarixi, inkişafı haqqında o qədər
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.1k okunma
·
Not rated
Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.1k okunma
200 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 5 days
Hər kəsə salaaam Grigory Petrovun “Ağ zanbaqlar ölkəsi” əsəri haqqında danışacam. (9/10) •Atatürkün bəyəndiyi və məktəb dərsliklərinə əlavə etdirdiyi kitablardan biridir. Kitabı oxuyanda ilk 30-40 səhifədə bəyənməyəcəyimi düşündüm. Amma məni tamamən yanıltdı. Çox axıcı, gözəl fikirlər olan, öyrədici əsərlərdəndir. •Əsərdə Finlandiyada baş verən dəyişikliklər haqqında bəhs edir. Yəni insanların yoxsulluqdan qurtuluşları, siyasi və ekonomik olaraq ölkənin yaxşı duruma gəlməsindən danışılır. Və bu intibahın səbəbkarının xalq olduğu, onların sayəsində olduğu göstərilir. Eyni zamanda əsərdə sevdiyim əsas hissələrdən biridə təhsilə çox önəm verdiklərini, yaşlıların belə kitab, qəzet oxuduğu, uşaqlara öyrətdiyindən bəhs edilir. Təhsilin çox önəmli olduğu göstərilir. Şiddətlə tövsiyyə edirəm kitabı hər kəsə xoş mütaliələr
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.1k okunma
Reklam
200 syf.
8/10 puan verdi
·
Liked
Kitabda çox gözəl fikirlər var.Bu kitab bütün xalqlar üçün inkişaf dərsidir məncə.Finladiya xalqının necə yüksəldiyini də bu kitabdan görürük.Xalq,dövlət,cəmiyyət ilə maraqlananlar oxusunlar.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.1k okunma
200 syf.
8/10 puan verdi
·
Liked
Etiraf etməliyəm ki, kitabı alıb oxumaq həvəsim Atatürkdən qaynaqlanmışdır. Elə bir dahi şəxsiyyətin bir kitabı bəyənməsi və məktəblərdə, hərbi liseylərdə dərs vəsaiti kimi öyrənilməsini tapşırması mənim diqqətimi cəlb etmişdir. Bir ölkənin necə inkifaş edəcəyini göstərən, nələrin lazım olduğunu söyləyən bir kitabdır. Bu kitabı oxuyan hesab edirəm ki, peşman olmaz.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.1k okunma
200 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 19 days
Vətəninə,Xalqına yararlı olmaq istəyən hər bir kəsin oxumalı olduğu kitabdır.Bir çox cümlələrin altını xətlədim.Kitabda çox mövzuya toxunulub.Öncəliklə insanin tək başına nələrə qadir olduğunun,kütləni bir araya cəmləyib,bilgiləndirməyin Xalq üçün nə qədər vacib olduğunu daha yaxşı anladım.Yazıçı Xalqın gələcəyinin gənclikdən,hətta uşaqlıqdan asılı olduğunu dərk edir.Buna görə də tərbiyənin önəmindən də söz açır.Həmçinin,uşaqların geyiminə,yeməyinə diqqət edildiyi kimi-Ruhunun təmizliyinə,sağlamlığına da diqqət edilməlidir - Müəllif qeyd edir.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.1k okunma
200 syf.
·
Not rated
·
Liked
Hər kəsin oxumalı olduğu kitab.
Oxuyun, oxudun. İmkanınız çatırsa, yüksək səslə oxuyun. Təki hər kəs bu kitabdan xəbərdar olsun. Bu kitabı oxuduqca heç bir təbii sərvəti olmayan, torpaqlarının böyük qismi göllərdən ibarət olan ölkənin sıfırdan necə inkişaf etdiyini görəcəksiniz. İnkişaf üçün atılan addımlar çox sadədir. Və bu addımların kökündə sevgi durur. Vətən sevgisi, insan sevgisi, din sevgisi və s. "Bir ölkədə hərbi xidmət necə olmalıdır?" "Valideyn övladını necə tərbiyələndirməlidir?" "Təhsil necə təbliğ edilməlidir?" "Cəmiyyət necə qurulmalıdır?" və s. Bu sualların cavabı kitabda mövcuddur.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100.1k okunma
1,000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.