Ağ Zanbaqlar Ölkəsi

Grigory Petrov

Ağ Zanbaqlar Ölkəsi Yorumları ve İncelemeleri

Ağ Zanbaqlar Ölkəsi yorumları ve incelemelerini, Ağ Zanbaqlar Ölkəsi kitabı hakkındaki okur görüşlerini , Ağ Zanbaqlar Ölkəsi puanlarını 1000Kitap'ta bulabilirsiniz.
200 syf.
·
Puan vermedi
·
14 günde okudu
Finlandiyanın dirçəlməsindən bəhs edən bir kitabdır. Atatürkün bu qədər bəyəndiyi kitabı oxumamışdan qabaq məni maraqlandırırdı. Ancaq kitabı oxusanız yeni bir həyata baxış bucağı əldə edəcəksiniz. Insanların ruhunu alovlandıran, ölkənin dirçəlməsi uğrunda mübarizə aparan Snelmon dilindən yazılıb. Hər kəsə hədiyyə edin. Oxuyun oxutdurun. Kitabla qalın..
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100,2bin okunma
207 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Ağ zanbaqlar ölkəsi" tərifləndiyi qədər varmış... Kitab, bir ölkənin mədəni tərəqqiyə gedən inkişaf yolundan bəhs edən yüksək səviyyəli bir əsərdir. Həmin ölkə məhz Finlandiyadır. Təbiətin bütün gözəlliklərindən, eləcə də bir çox yaşayış imkanından məhrum olan finlər Y. V. Snelman adlı bir ziyalının ciddi səyi nəticəsində mədəniyyətlərinin inkişafı yolunda irəliləməyə başlayırlar. Az müddətdə buna nail olurlar. Xüsusilə Snelmanın xalqın mədəni inkişafı yolunda gördüyü işləri heyranlıq və rəğbət hissi ilə oxudum. Kaş Azərbaycanda da bu işlər tətbiq olunaydı dedim içimdən. Bir sözlə, kitabı çox bəyəndim, oxumağınızı tövsiyyə edirəm. Xoş mütaliələr!
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100,2bin okunma
Reklam
200 syf.
7/10 puan verdi
·
6 günde okudu
Ümumiyyətlə, kitab maraqlı idi, çatdırmaq istədiyi fikirlərin əksəriyyəti əhəmiyyətlidir, fikrimcə. İlk başlarda axıcı irəliləyir, lakin artıq ortalarda yazıçı dinin təbliğatına çox yer verir. Dinə, tanrıya inanmamağı və inanmayanları əxlaqsız, talançı, pozğun adlandırır. Mən bu fikirlərlə razılaşa bilmədim. Hər tanrıya inananın yaxşı, mələk ruhlu insan olmadığı kimi, hər tanrıya inanmayan da şeytani hisslərlə dolu biri deyil və dini inancın olmaması cəmiyyəti bədbəxtliyə sürükləmir. Elmi tərəqqi din təbliğatı olmadan da mümkündür. Bu mənfi yönləri ilə yanaşı kitabda ən çox bəyəndiyim fəsillər valideyn və uşaqlardan, təhsildən, memarlıqdan, idarəetmədən bəhs etdiyi fəsillərdir. Ümumən kitaba şans verməyə dəyər, ancaq hər fikri ilə razılaşmaq çətindir və bu da normal bir haldır.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100,2bin okunma
200 syf.
10/10 puan verdi
·
Beğendi
·
27 saatte okudu
Best in History
Rusiyanın məşhur yazıçısı Grigoriy Petrov`un bu əsəri istər türk, istərsə də dünya xalqları tərəfindən böyük rəğbətlə qarşılanıb. Hətta kitab üzərində "AtaTürkün hərbi məktəblərin tədris planına salınmasını əmr etdiyi kitab" deyə not da var. Kitabda çox kiçik ölkənin (Finlanidiya) həyatı, mədəniyyəti, tarixi, inkişafı haqqında o qədər
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100,2bin okunma
·
Puan vermedi
Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur.
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100,2bin okunma
200 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Hər kəsə salaaam Grigory Petrovun “Ağ zanbaqlar ölkəsi” əsəri haqqında danışacam. (9/10) •Atatürkün bəyəndiyi və məktəb dərsliklərinə əlavə etdirdiyi kitablardan biridir. Kitabı oxuyanda ilk 30-40 səhifədə bəyənməyəcəyimi düşündüm. Amma məni tamamən yanıltdı. Çox axıcı, gözəl fikirlər olan, öyrədici əsərlərdəndir. •Əsərdə Finlandiyada baş verən dəyişikliklər haqqında bəhs edir. Yəni insanların yoxsulluqdan qurtuluşları, siyasi və ekonomik olaraq ölkənin yaxşı duruma gəlməsindən danışılır. Və bu intibahın səbəbkarının xalq olduğu, onların sayəsində olduğu göstərilir. Eyni zamanda əsərdə sevdiyim əsas hissələrdən biridə təhsilə çox önəm verdiklərini, yaşlıların belə kitab, qəzet oxuduğu, uşaqlara öyrətdiyindən bəhs edilir. Təhsilin çox önəmli olduğu göstərilir. Şiddətlə tövsiyyə edirəm kitabı hər kəsə xoş mütaliələr
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019100,2bin okunma
Reklam
1.000 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.