Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nilufər Baxışlı

Nilufər Baxışlı
@nilbakhishli
Translator/Interpreter
Baku Slavic University
Azərbaycan, 8 Şubat 2004
42 okur puanı
Aralık 2022 tarihinde katıldı
Sabitlenmiş gönderi
Yaşamaq uğrunda mübarizə amansızdır, lakin həyatda qalmağın yeganə yoludur.
Sayfa 257Kitabı okudu
Reklam
%21 (50/232)
Varlı Ata, Kasıb Ata
Varlı Ata, Kasıb AtaRobert T. Kiyosaki
8.5/10 · 6,7bin okunma
320 syf.
·
Puan vermedi
·
39 günde okudu

Okur Takip Önerileri

Tümünü Gör
Nilufər Baxışlı

Nilufər Baxışlı

, bir kitabı okumayı düşünüyor
Million Dollar Weekend
Million Dollar WeekendNoah Kagan
8/10 · 2 okunma
Reklam
464 syf.
10/10 puan verdi
·
34 günde okudu
Sapiens: Bəşəriyyətin Qısa Tarixi
Sapiens: Bəşəriyyətin Qısa TarixiYuval Noah Harari
8.7/10 · 36,5bin okunma
Məsuliyyətsiz Tanrılar
Əvvəl qayıq, sonra yelkənli gəmi, daha sonra buxar mühərriki ilə işləyən gəmilər inşa etdik, indi də kosmik gəmilər hazırlayırıq, amma heç kəs hara getdiyimizi bilmir. Biz heç vaxt indiki qədər güclü olmamışıq, amma bu gücdən necə istifadə edəcəyimizi bilmirik. Ən pisi, insanlar həmişəkindən daha çox məsuliyyətsizdir. Öz-özümüzü tanrı elan edən biz insanlar yalnız fizikanın qanunlarıyla hesablaşır və heç kəsin qarşısında məsuliyyət daşımırıq. Digər heyvanların həyatını dəhşətə çeviririk, planetin ekosistemini məhv edirik və bunun müqabilində sadəcə öz rahatlığımızı və əyləncəmizi düşünürük, üstəlik heç vaxt razı qalmırıq. Nə istədiyini bilməyən, narazı və məsuliyyətsiz tanrılardan daha təhlükəli nə ola bilər?
Sayfa 447Kitabı okudu
Yalnız bunu deyə bilərik ki, sırf elmi nöqteyi-nəzərdən insan həyatının heç bir mənası yoxdur. İnsanlar müəyyən bir məqsədi olmayan korkoranə təkamül prosesi nəticəsində ortaya çıxıb. Bizim fəaliyyətimiz əsla ilahi kosmik planın parçası deyil. Əgər sabah Yer kürəsi partlayaraq yox olsa, kainat yenə öz varlığına davam edəcək. Subyektiv müşahidəçi olan insanın kainat üçün bu qədər zəruri olduğunu da iddia edə bilmərik. Buna görə də, insanların öz həyatlarına verdiyi hər hansı bir məna sadəcə illüziyadan ibarətdir.
Sayfa 420Kitabı okudu
Nitsşenin də dediyi kimi, yaşamaq üçün səbəbiniz varsa, hər şeyin öhdəsindən gələ bilərsiniz. Mənalı həyat çətinliklər içində keçsə də, zövq verə bilər, amma mənasız həyat nə qədər rahat olsa da, dəhşətlidir.
Sayfa 419Kitabı okudu
Lakin bu ölkələrdə Qərbdə əsrlər boyunca inkişaf edib formalaşmış dəyərlər, miflər, məhkəmə sistemi və ictimai-siyasi quruluşlar yox idi. Bunları yaratmaq və ya mənimsəmək isə asan deyil. Fransa və ABŞ İngiltərənin ardınca sürətlə irəliləyə bildi, çünki fransızlar və amerikalılar ingilislərin mif və sosial quruluşlarının ən mühüm cəhətlərini bölüşürdü. Çinlilər və iranlılar isə həm fərqli düşüncə tərzinə sahib olduqları üçün, həm də cəmiyyətlərini fərqli şəkillərdə təşkilatlandırdıqları üçün sürətlə irəliləyə bilmədilər.
Sayfa 306Kitabı okudu
Reklam
Bununla belə, son iki yüz il ərzində təbiət elmləri bu etiqadı sarsıtmışdır. İnsan orqanizminin fəaliyyətini araşdıran alimlər ruh deyilən bir şeyə rast gəlməmiş və insan davranışının azad iradədən daha çox hormonlar, genlər və sinapslar tərəfindən idarə edildi yini irəli sürmüşlər.
Sayfa 258Kitabı okudu
Beləliklə, pul - qarşılıqlı inam sistemidir, lakin bəsit bir sistem deyil: Pul - indiyə qədər yaradılmış ən universal və ən effektiv qarşılıqlı inam sistemidir.
Sayfa 202Kitabı okudu
Bu dramatik dəyişikliklər gender tarixini daha çox maraqlı edir. Əgər patriarxal sistem bioloji faktlardan daha çox əsassız miflər üzərində qurulubsa (bu gün isbat edildiyi kimi), bu sistemin universallığını və sabitliyin nə ilə izah etmək olar?
Sayfa 180Kitabı okudu
291 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.