"Ağ zanbaqlar ölkəsi” Finlandiya haqqında kitabdır. Kitabda bataqlıqlar və qayalar arasında yerləşən,təbii sərvətləri olmayan bu kiçik ölkənin “yoxdan varlığı” təsvir edilir;Yəni onun yoxsulluqdan xilas olub,siyasi,iqtisadi və mədəni cəhətdən inkişaf etmiş ölkəyə çevrilməsi hekayəsi danışılır.
Bu çevrilmənin memarları,yəni kitabda müəyyən edildiyi kimi "həyatın memarları";O, cəmiyyətin bütün təbəqələrindən olan,ürəyi vətən eşqi,xidmət eşqi ilə döyünən hüquqşünas,memar,din xadimi, müəllim,kəndli,fəhlə və mərmər ustasıdır.Bu bir ovuc ziyalı bütün mürtəce qüvvələrə qarşıdır;Onlar vətənini sevən,ancaq yalandan, saxtakarlıqdan,əxlaqsızlıqdan, korrupsiyadan başqa heç nəyin arxasınca getməyən insanlara qarşı böyük bir savaşa girirlər.Lakin bunu qan tökməklə deyil,sevgi,təhsil və səbirlə edirlər.