Ağacdakı Balıq

Lynda Mullaly Hunt
Hamının fərqli bacarığı, qabiliyyəti var. Amma sən balığı ağaca dırmaşa bilmədiyinə görə mühakimə etsən, balıq həyatı boyu özünün axmaq olduğuna inanacaq. Elay ağıllı adamları aldada bilmişdisə, deməli, özü kifayət qədər ağıllı idi. O, hər dəfə yeni məktəbə gedəndə özünün oxumağı bacarmadığını gizlədərək müəllim və şagirdlərin bunu başa düşməməsi üçün kobud rəftarı ilə onların diqqətini yayındırıb. Elay başqalarının onu “fərasətsiz” və “məğlub” saymağından bezib, elə düşünüb ki, heç zaman “kütbeyin” birini dəyişmək olmaz. Elayın yeni müəllimi onun islaholunmaz xarakterinin altında gizlənən parlaq, yaradıcı uşağı görərək onun fitri istedadını üzə çıxarmağa kömək edir. Elay həqiqəti deməkdən çəkinməyən Keyşa və müxtəlif elmlərlə dərindən maraqlanan Albert ilə dost olur, onlar üçü birlikdə başqalarını ələ salanlara qarşı çıxır. Tezliklə Elayın oxuduğu sinifdə qəribə hadisələr baş verməyə başlayır. Get-gedə Elay və digər uşaqlar dahilərin hamı kimi düşünmədiyini və onların beyninin fərqli şəkildə işlədiyini anlayırlar. Müəllif oxuculara həyəcanla dolu, motivasiya edici roman təqdim edir.
Author:
Lynda Mullaly Hunt
Lynda Mullaly Hunt
Estimated Reading Time: 7 hrs. 2 min.Page Number: 248Publisher: 3 Alma
ISBN: 9789952532616Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.