Əsəri çox bəyəndim. Onsuz bu elə yazardı ki, onun kitablarının incələməsini də etmək özü kimi çətindir. Kitabda "doğru", "yalnış", "ədalət", "əxlaq" qavramları tartışılır. Əxlaq sanki bir elastiki qəlib olub, hər insan görə ayrı cür formalaşmışdır. Əxlaq anlayışı ümumilmiş şəkildə deyil, hər şəxs üçün fərqli qavranıldığından, insani qavram olaraq başa düşülməlidir...
Ola bilsin ki, yazıçının bəzi düşüncələri ilə razılaşmaya bilərsiniz. Amma kitabın hər cümləsini müxtəlif cür başa düşüb, beyninizi "zor"laya bilərsiniz:)
Tövsiyə edəcəyim Nietzsche kitabları sırasındandır✓