Ailə Sirləri

Çingiz Abdullayev
"...Suzanna da böyük bacısının əlindən boğaza yığılıb. Marta onu həmişə əzib, ağzından vurub, ona acıqlanıb və gərəksiz yerə qəyyumluq edib. Suzannanın yerinə bir başqası olsaydı, bacısının himayəsindən çoxdan imtina edərdi. Amma Suzanna dözüb. Aydın məsələdir, onun öz böyük bacısını qətlə yetirməsinə bir səbəb ola bilərdi. Amma adamı bir məsələ çaşdırır. Qatil zəhəri ağ şərab qədəhinə atmayıb. Çünki başa düşüb ki, zəhərin qovuqcuqları onun cinayətini aşkara çıxara bilər. Məqam güdüb, qonaqlara köpüklənən şampan şərabı süzüləndə isə zəhəri qədəhə töküb..." Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Ailə sirləri" adlı romanında Qazaxıstandan Avropaya köçmüş qohumlar arasındakı düşmənçilikdən, onlardan birinin müəmmalı şəraitdə öldürülməsindən bəhs olunur. Gənc almaniyalı qadın Emma Vihert məşhur xəfiyyə Dronqonu Potsdama ‒ yaşlı qohumunun yubileyinə dəvət edir. Onlar çoxdan tanış idilər. Emma Dronqonun nadir qabiliyyətindən xəbərdar idi. Məhz buna görə də yubileydə beynəlxalq ekspertin iştirakında hamıdan çox Emma maraqlı idi. Necə deyərlər, hər ehtimala qarşı... Çünki qadın intuisiyası Emmaya deyirdi ki, banketdə nəsə bir hadisə baş verməlidir. Bəli, gənc qadın yanılmamışdı - tədbirin səbəbkarı olan Martanı ziyafətin ən vacib məqamında zəhərləyib öldürürlər. Dronqo vaxt itirmədən təhqiqata başlayır və dərhal başa düşür ki, qatil... səhvə yol verib... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Author:
Çingiz Abdullayev
Çingiz Abdullayev
Estimated Reading Time: 6 hrs. 48 min.Page Number: 240Publication Date: 2017Publisher: Teas Press
ISBN: 9789952515251Country: AzerbaijanLanguage: AzericeFormat: Ciltli

Comments and Reviews

See All
240 syf.
6/10 puan verdi
·
Liked
·
Read in 8 days
Çingiz Abdullayev-Ailə Sirləri 3/5 Ah, bu kitabl dünən kimi xatırlayıram necə almışdım. Yeridə, anlamıda məndə çox başqadır. Çingiz Abdullayev”in “Məntiq Qaydaıları” kitabını oxumuşdum və açığı bəyənməmişdim Bir yazarın ilk əsərini bəyənmirəmsə, nədənsə sonradan da, o düşüncə qalır məndə ki, elə olacaq... Bu kitabı çox axıcı idi. Heç məni sıxmadı. Dronqo”da bir çox dedektif”dən daha yaxşı öz obrazını öhdələnmişdi. Berlində olan Dronqo keçmiş bir dostuyla qarşılaşır. Dostu onu ailəvi bir məclisə dəvət edir. Lakin Dronqonun olduğu yerdə bir hadisə olmazmı? Təbii ki, olar. Evin çox sevilməyən amma məclis səbəbkarı zəhərlənərək ölür. Hadisələr isə bundan sonra cərəyan etməyə başlayır. Birinci ölüm, ikinci ölümü gətirir ardından... Zamanla ortaya çıxan həqiqət isə ailə sirlərinin ortaya çıxmasına səbəbkardır. Dronqo bir hadisənin üstünü açarkən əslində ailənində öz içində dürüst olmasına yol açır. Açıq danışmaq lazım gəlsə, gözlədiyim qədər, tərifləndiyi qədər o təsirediciliyini görmədim... Buna görə tərəddüt içindəyən digər kitabları oxumaq üçün... Bəs siz hansı əsərlərini oxumusunuz yazıçının? Hansıları məsləhət görə bilərsiniz?
Ailə Sirləri
Ailə SirləriÇingiz Abdullayev · Teas Press · 201745 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.