Low Rated Aktrisa Reviews

You can find Low Rated Aktrisa quotes, low rated Aktrisa book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.

Score

8.1Out of 10
36 People · 9 Review
156 syf.
6/10 puan verdi
Bu kitabın filmi də var imiş, ona baxacağam mütləq. Deyiləsi söz varsa, o da bizdə də belə romanların yazılacağına inamımın artması oldu. Süjet xətti, insanların hekayədəki davranışlarının gerçəkliyi, hətta əsas xarakterin hərəkətlərini biraz da özümə bənzətməyim məni daha da çox içinə çəkdi.
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011117 okunma
156 syf.
7/10 puan verdi
Psixoloji-detektiv triller janrında olan “Aktrisa” oxucunu ilk səhifələrdən - birdən-birə özünə bağlamır. Oxucu hadisələrin gedişini personajların ifadəsi vasitəsilə tədricən anlamağa başlayır. Nəhayət, gündəlik ortaya çıxdıqdan sonra hadisələr haqqında oxucunun zehnində yaranmış “öz versiyası”, qənaəti yavaş-yavaş əriməyə, əsərdəki versiyayla
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011117 okunma
Reklam
156 syf.
8/10 puan verdi
·
Read in 3 days
Bir əsərində sonuna gəldik. Baş qəhramanlarımız yaratdığı mono-tamaşanın tək aktrisası Lalə Fərzəliyeva və pyesin yeganə tamaşaçısı Rüfət Hüseynzadədir. Kitab çox axıcı irəlilədi. Süjet xətti əla idi. Sonu qanımı dondurdu düzü. Çox qəribə hislər içindəyəm necə hissedəcəyimi bilmirəm. Və əsasda çatdırdığı fikir çox düşündürdü məni. Görəsən doğurdanda ən gözəl sənət əsərləri heç kimə göstərmədiyimiz,yazarı və yeganə oxucusu olduğumuz əsərlərdimi? Çox sevdiyim bir fikir var.Hislərimizi ifadə edə bilmədikdə bu hislər sənət əsərinə çevrilir kimi zaman musiqi, kimi zaman rəsm, kimi zaman şeir kimi zaman isə roman. Bu vaxt ən böyük dərt ortağımız vərəq, silahımızda qələmimiz olur. Və yazdığımız hər bir söz bir anda mərmiyə çevrilir. Və o içinə qapanıq insan bir anda yazdıqlarıyla özünü ən yaxşı ifadə edə bilən insana çevrilir.....Bəlkədə bəzən yeganə oxucu olmaq heç bir işə yaramır... Bəlkədə bəzən romanın hər səhifəsini dünyaya hayqırmaq lazımdır.Bəlkədə bunu hislərimizə borcluyuq.Axı onlarda eşidilməyə layiqdi.... Heç bir kitab qüsursuz deyildir,qüsurlarıyla sevin kitabları))) Kitabla qalın!! Salamat qalın!!!
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011117 okunma
156 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 8 hours
Əsəri bir günə bitirdim. Əsas obrazlarımız yazıçı Rüfət Hüseynzadə və aktrisa Lalə Fətəliyevadır. Hadisələr çox sürətlə iləriləyir, oxuduqca sıxılmırsız. Təkrara çox yol verilməyib. Bütün hadisələr ən incə detalına qədər aydınlaşdırılıb. Bunlar əsərin ən müsbət cəhətlərindəndir. Personajlara gəldikdə isə, Lalənin hərəkətlərinin, öz monotamaşasını yaratmaq istəyinin, qurduğu oyunun səbəblərini onun öz dilindən aydınca oxuyuruq. Amma, yazıçı Rüfət Hüseynzadənin niyə bu qədər asan Lalənin oyununa qapılmasının səbəbləri tam dolğun açıqlanmamışdı. Bu cəhətdən, yazıçı obrazı mənim fikrimcə yarımçıq idi. Onu da qeyd etməliyəm ki, feminizm baxımından çox uğursuz bir əsərdir.
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011117 okunma
156 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 30 hours
İlqar Fəhmi - "Aktrisa"
1 ay əvvəl eyniadlı filmi izləmişdim, bu kitabı da mütləq bir gün oxuyacağımı düşünürdüm, artıq bu gün o kitabı da oxumuş biri olaraq deyə bilərəm ki, yazıçı və rejissor hər ikisi möhtəşəm sənət əsəri yaradıb. Belə ki, sevdiyi sənətdən ayrılan Lalə Fətəliyeva bunu heç cür qəbul edə bilmir və sanki 1 tamaşaçısı olan zalda aktrisa kimi rola girir.
Aktrisa
Aktrisaİlqar Fəhmi · Qanun Neşriyyat · 2011117 okunma