Alın Yazım "Sən"

Sadıq Baba

Yorumlar ve İncelemeler

Tümünü Gör
250 syf.
·
Puan vermedi
·
Beğendi
Duyğularımı cümlələrə çevirdim))
Bu əlimdə tutduğum kağız toplusu mənim qəlbimə təsir edən ilk kitab idi. Kitab "günlük" kimi yazılıb. Yəni, yazıçı nakam sevdası ilə bağlı xatirələrini cildləşdirib, bizim üçün. Hər bir sətri dolu gözlərimlə oxudum. Çünki, mən də yaşamışam bu hisləri. İfadə etməyə cəsarətim çatmadı. Amma, müəllifin cəsarətli olması məni təsirləndirdi. Eşq belədir. Həyat kimi. Ağ-qara. Sonunun yox, sabahının yox, saniyəsinin necə olacağını bilmək olmur. İndi məsələn, bunu oxuyanlar düşünəcək ki, "Uşaq nə bilir sevgi nədir?" "Ağzına gələni danışır.." nə bilim nə. Sizinlə haradasa razıyam. Çünki sevginin nə yaşı var, nə də düz əməlli bir tərifi. Amma yaşayırıq, necə gəldi. Nəysə, kitabı aldığım üçün heç peşiman deyiləm. Yazıçı ilə tanış edən
VüsaIe Quluzadeh
VüsaIe Quluzadeh
xanıma isə təşəkkürlərimi bildirirəm. Hər kəsə xoş mütailələr
Alın Yazım "Sən"
Alın Yazım "Sən"Sadıq Baba · Bakı, Mayak Nəşriyyatı · 20239 okunma
Reklam
250 syf.
·
Puan vermedi
Hər kitabda insan özündən bir parça tapmır. Tapsa da, sadəcə bir cümlədən o tərəfə keçmir bəzən. Bu kitab isə mənim itirmək istədiyim parçamı mənə xatırlatdı. Kitabda yazılanlar gənclik illərinin ağrılı sevdalarının tərcümanıdır. "Sən"ə yazdıqlarımı mən kitab halına salmağa cəsarət etməzdim, amma bir başqası öz "Sən"i üçün bunu edib.
Alın Yazım "Sən"
Alın Yazım "Sən"Sadıq Baba · Bakı, Mayak Nəşriyyatı · 20239 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.