Aljir Posts

You can find Aljir books, Aljir quotes and quotes, Aljir authors, Aljir reviews and reviews on 1000Kitap.
Sanki soyqırım bu illərin bir dəbinə çevrilib. Hər yer düşərgələr, hər yer əzab çəkən insanlarla doludur.
İki nəhəng təmizləmə: 1840-cı illər və 1930-cu illər. Xalqın genetik kodunun qaymaqlarının hamısının ölkədən çıxarılması və məhv edilməsi...
Reklam
Mən yalnız qurbanam, doğmalarımın məhv olmuş talelərinin məsuliyyətini daşımıram, sadəcə qurbanam.
Bu gün ana oldum. Amma unutmuşam, unutmuşam ki, məni axırıncı, ya da birinci dəfə kim zorlayıb.
Bayaq sual verdiniz, bu həcmdə repressiyaya nə ehtiyac var idi? Bəli, hökumətə uzaq şəhralarda, buzlu məkanlarda insan lazım idi. Könüllü heç kəs getmirdi. Qullar lazım idi. İnsanları oralara könüllülük prinsipi ilə də cəlb edə bilərdilər. Lakin onda da onlara ev, məktəb lazım idi, kitabxana lazım idi, bö- yük maddi vəsait ayrılmalı, bütün struktur qurulmalı idi. Yeni qurulmuş dövlətin isə buna qüvvəsi yox idi. 1922-ci ildə Əmək İnstitutuna rəhbərlik edən Aleksey Qastev adlı bir şair "biomexanik" kəlməsini gündəmə gətirdi. Bu, taylorizmin fəhlə sinfindən mümkün qədər istifadənin sovet modeli idi. O iddia edirdi ki, fəhlə sistemində adlara, fərdlərə və duyğulara ehtiyac yoxdur. O, insan ruhunu qəbul etmirdi. Bildirirdi ki, insan gülüşünü, duyğularını belə cihazlarla ölçmək mümkün olacaq. Bütün bunların fonunda Stalin böyük bir ordu yaratdı. Repressiya qurbanları ordusu. Məhz bu ordu kommu nizmi insan ayağı dəyməmiş torpaqlarda quracaqdı. Həm bununla şübhələndiyi insanlardan qurtulurdu, həm də istədiyini əldə edirdi. Bu, günah hissi ilə yüklənmiş insanların istismarı idi.
Düşünən beyin fikir istehsal edir. Fikir istehsal olunduqca insan ətrafını sorğulamağa başlayır. Ətrafını sorğulayan insan isə diktatura rejimli idarəçilikdə ən qorxulu varlıqdır. Qalx, dövrə vur burada. Təkcə bu hücrədə bircə dənə cahil insan tapsan, gəl, de, yalançısan. Hamısı ən azı seminariya bitirmiş, ən çoxu xaricdə təhsil almış adamlardır. Diktaturanın silahı birinci, ziyalını biçir. Ziyalının biçildiyi cəmiyyətdə qorxu hakim olur. Qorxunun zəlil etdiyi kütləni isə hara istəyirsən yönəltmək olur.
Reklam
556 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.