Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Allahın Tərəfində

Çingiz Abdullayev

Allahın Tərəfində Gönderileri

Allahın Tərəfində kitaplarını, Allahın Tərəfində sözleri ve alıntılarını, Allahın Tərəfində yazarlarını, Allahın Tərəfində yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Tamam təmiz adam olmur,ya da nadir hallarda olur.Rəzilliyə,oğurluğa necə haqq qazandırasan?Satqınlığa necə bəraət verəsən? Mən öz xalqının uşaqlarının aclıq və xəstəlikdən öldüyü halda, milyonlarla dollar mənimsəyən adamlar tanıyıram.Bu halallıqdırmı?Bəs Allah belələrini niyə cəzalandırmır?Yoxsa Allah onlara hələ də öz seçimini etməkdə imkan verir?
Sayfa 72 - "ÇIRAQ" nəşriyyatıKitabı okudu
İnsan həyatı çox qısa,şirnikləndirici şeylər isə çoxdur. Biz hələ də son məqsədimizi bilmirik:biz dünyaya nə üçün gəlmişik və bizim varlığımız, əqlimiz nədən ibarətdir? Bəlkə elə buna görədir ki,soxulcan və peyinlə dolu qəbirlərə düşən insanların çoxu öz varlığının mahiyyətini dərk etməyərək sadəcə yaşamağı üstün tuturlar.
Sayfa 72 - "ÇIRAQ" nəşriyyatıKitabı okudu
Reklam
- Axı istənilən qətl hadisəsi yalnız zorakılıq deyil,Allaha meydan oxumaqdır. - Həmişə yox,-deyə Dronqo etiraz etdi.- Əsgərlərin öz vətənini müdafiə edərkən öldürdükləri və ya ata qızını zorlayan adamı öldürdüyü zaman bunlar qətl adlandırılmır.
Sayfa 70 - "ÇIRAQ" nəşriyyatıKitabı okudu
Bizim hər birimiz kimin tərəfində olmağı özümüz seçirik. Hər gün və bütün ömrümüz boyu bu seçim qarşısındayıq.
Sayfa 157Kitabı okudu
Bir az namuslu və ya bir az vicdanlı adamlar olmur. Deyəsən, Tolstoy deyib ki, az-maz hamilə olmaq mümkün deyil. Alicənab adam hər bir işdə alicənab olmalıdır.
Sayfa 149Kitabı okudu
Hər bir insan kimin tərəfində, Allahın və ya şeytanın tərəfində mübarizə aparacağını özü müəyyən etməlidir.
Reklam
...hər birimizin qəlbi Allahla şeytan arasındakı mübarizənin meydanıdır. Hər gün, hər saat, hər dəqiqə şeytan bizi yoldan çıxarmağa çalışır, alçaq işlərə əl atmağa vadar edir. Allah bu zaman ədalətlidir: o, insanın əvəzindən qərar qəbul etmir, ona seçmək hüququ verir..
Sayfa 71 - "Çıraq" nəşriyyatıKitabı okudu
Hərdən adamlar özləri də bilmədən Allahın tərəfində olurlar.
160 syf.
9/10 puan verdi
·
Beğendi
Çox maraqlı kitabdır.Kitabın yaratdığı atmosfer insana həzz verir.Dağın başında bir ev,onun içində pis hava şəraitinə görə ilişmiş bir qrup insan və bir qatil...Çox maraqlıdır.Oxuyun.
Allahın Tərəfində
Allahın TərəfindəÇingiz Abdullayev · Çıraq Nəşriyyatı · 200347 okunma