Allahın Tərəfində

Çingiz Abdullayev

Öne Çıkan Allahın Tərəfində Gönderileri

Öne Çıkan Allahın Tərəfində kitaplarını, öne çıkan Allahın Tərəfində sözleri ve alıntılarını, öne çıkan Allahın Tərəfində yazarlarını, öne çıkan Allahın Tərəfində yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İnsan həyatı çox qısa,şirnikləndirici şeylər isə çoxdur. Biz hələ də son məqsədimizi bilmirik:biz dünyaya nə üçün gəlmişik və bizim varlığımız, əqlimiz nədən ibarətdir? Bəlkə elə buna görədir ki,soxulcan və peyinlə dolu qəbirlərə düşən insanların çoxu öz varlığının mahiyyətini dərk etməyərək sadəcə yaşamağı üstün tuturlar.
Sayfa 72 - "ÇIRAQ" nəşriyyatıKitabı okudu
Tamam təmiz adam olmur,ya da nadir hallarda olur.Rəzilliyə,oğurluğa necə haqq qazandırasan?Satqınlığa necə bəraət verəsən? Mən öz xalqının uşaqlarının aclıq və xəstəlikdən öldüyü halda, milyonlarla dollar mənimsəyən adamlar tanıyıram.Bu halallıqdırmı?Bəs Allah belələrini niyə cəzalandırmır?Yoxsa Allah onlara hələ də öz seçimini etməkdə imkan verir?
Sayfa 72 - "ÇIRAQ" nəşriyyatıKitabı okudu
Reklam
- Axı istənilən qətl hadisəsi yalnız zorakılıq deyil,Allaha meydan oxumaqdır. - Həmişə yox,-deyə Dronqo etiraz etdi.- Əsgərlərin öz vətənini müdafiə edərkən öldürdükləri və ya ata qızını zorlayan adamı öldürdüyü zaman bunlar qətl adlandırılmır.
Sayfa 70 - "ÇIRAQ" nəşriyyatıKitabı okudu
...hər birimizin qəlbi Allahla şeytan arasındakı mübarizənin meydanıdır. Hər gün, hər saat, hər dəqiqə şeytan bizi yoldan çıxarmağa çalışır, alçaq işlərə əl atmağa vadar edir. Allah bu zaman ədalətlidir: o, insanın əvəzindən qərar qəbul etmir, ona seçmək hüququ verir..
Sayfa 71 - "Çıraq" nəşriyyatıKitabı okudu
Hərdən adamlar özləri də bilmədən Allahın tərəfində olurlar.
Bizim hər birimiz kimin tərəfində olmağı özümüz seçirik. Hər gün və bütün ömrümüz boyu bu seçim qarşısındayıq.
Sayfa 157Kitabı okudu
Reklam