“Alter” bir bədəni bölüşən yeddi fərqli şəxsiyyətdən danışır. Onlardan altısı qadın, biri kişidir. Günün müxtəlif vaxtlarını öz aralarında bölüşən alterlərin hərəsinin özünə aid dünyası, ətrafı
var. Bir-birilərindən xəbərdar olsalar da, özlərinə problem yaratmamağa çalışırlar. Əsəri oxuduqca, əslində, görünənin baş verəndən çox fərqli olduğunu anlayacaqsınız, çoxlu suallarınız yaranacaq. Bəs cavablar haradadır? Qəhrəmanımızın çözümündən qorxduğu suallar necə, yenə açıq qalacaq? Bunu öyrənmək üçün geriyə – 2013-cü ilin sentyabrına qayıtmaq lazımdır.