Povest

Altıncı

Günel Anarqızı
Tahmini Okuma Süresi:
2 sa. 18 dk.
Sayfa Sayısı:
81
Basım Tarihi:
2010
Yayınevi:
Milli Virtual Kitabxananın rəqəmsal e-nəşri
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
E-kitap
Reklam

Yorumlar ve İncelemeler

10/10
·81 syf.··
Beğendi
·
2020 15. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Temmuz 2020 11:17
Söz yox, möhtəşəm.. Kitabı oxumağa başlayanda içimdə bir tərəddüt var idi. “Görəsən Beş mərtəbəli evin altıncı mərtəbəsi kitabı kimi insan hislərinə toxunacaqmı?” deyə düşünürdüm. Amma yanılmadım. Həqiqətən də o kitabın davamı olmağa layiq kitab, misralardır. Kitabı bitirdikdən sonra mənimçün ən xoş anlardan biri də o oldu ki, artıq əvvəlki kitabdan ağlımda qalan suallara cavab tapa bilmişdim. Hansı ki, həmin şeylər bir çoxlarının ağlında sual kimi qalmışdı. “Təhminə nə üçün Zauru o bağa aparmışdı?” və s. bunun kimi suallar. Kitabın sonunda isə “altıncı” rəqəminin uyğunluğu, altıncı mərtəbəyə işarə edilməsi, tibb bacısının bacı-qardaşlarının adlarının Təhminən xatirələri ilə uyğunluğu, Səmədin beş mərtəbəli binanın quruluşunu əslində altı mərtəbə qeyd etməsi olduqca təsirli idi. Mənimçün ən xoş hallardan biri də o olduki, baş verən hadisələri, əhvalatları Təhminən gözündən görmək, danışılan söz-söhbətlərin həqiqi simasını bilmək insanı rahatlatdı. Və o söz-söhbətlərin yaranmasına, insan talelərinin puç olmasınına səbəb olan cəmiyyətə olan nifrət biraz da artdı sanki. Amma hələ də müəyyən söhbətlərdə və s. insanların Təhminəni qınaması, onu günahkar görməsi və s. insanın qəlbini üzür. Yazını qeyri-müəyyən qədər uzatmaq olar. İnsanların ziddiyətli düşüncələri barəsində də mübahisə etmək olar. Lakin, ümid edirəm ki, yazıçı Anar Rzayevin də qeyd etdiyi kimi insanlar bir gün beş mərtəbəli binanın altıncı mərtəbəsini görə bilələr.
AltıncıGünel Anarqızı · Milli Virtual Kitabxananın rəqəmsal e-nəşri · 201026 okunma

Yazar Hakkında

Günel AnarqızıYazar · 1 kitap
Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil almışdır. Günel Anarqızı "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olmuşdur. 2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüşdür. 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktorudur.