Anam üçün

İlqar Kamil

Sözler ve Alıntılar

Tümünü Gör
Dərd və dərman
And olsun çarəsiz dərdlərə, bəzi dərdələrin çarəsi dərmanda deyil, başqa dərddədir.İnsanlar bunu da bilmirlər, lakin mən bilirəm.Odur ki, bəzən dərdi dərmanla deyil, başqa dərdlə müalicə edirəm
Ana
Bir gün sevinə-sevinə allı-güllü ətəyində bir xeyli dərd gətirdi bizə anam Dedi ki, qorxmayın, dərdlər bizi Allaha çağıran azan səsidir. Bizsə ahını, ağusunu, giley-güzarını da sevdik anamızın,dedik ki, gileylər anaların təranəsidir
Reklam
Axı həyat bəzən yaxşı insanlar bir-birindən ayrı düşdüyü üçün bu qədər çətin olur
Psixoloqlara görә, qardaşım, baş verәn hәr hansı bir hadisә zamanı bizi narahat edәn şey ola bilәcәk pis nәticә deyil, o nәticәnin qeyri-konkretliyidir. Koqnitiv psixologiyada bәhs olunur ki, insan baş verә bilәcәk әn pis nәticәni qabaqcadan dәqiq vә әtraflı - audial vә vizual olaraq - təsəvvür etməklə konkretləşdirər, dəqiqləşdirərsə, təşviş və narahatlıqdan qurtula bilər.
İnsanı әn çox gözlәmәdiyi zәrbәlәr çökdürәr.
Sayfa 108Kitabı okudu
Torpaqdan yaranmaları tapdanmalarına bәraәt vermәsә dә, o qәdәr әziliblәr ki, heç kimә inamları qalmayıb. Yaşamaq üçün bu inam çox vacibdir - yaşamın özündәn dә vacib.
Reklam
Böyüklәr dә elә uşaqlar kimidir, onlara etdiyiniz әn böyük pislik hәr istәdiklәrini alıb onları arzusuz qoymaqdır. Әgәr insalar başqa hәyatların onlarınkından çox da fәrqlәnmәdiyini bilsәydilәr, bilirsiniz necә sarsılardılar.
Sayfa 106Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.