Anam Üçün

İlqar Kamil

Anam Üçün Quotes

You can find Anam Üçün quotes, Anam Üçün book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
"Kaş bir az gec gələydin, səni gözləmək səni görməkdən daha gözəldir".
Sayfa 82 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
"Əzab və ağrı! Fərqləri nədir? Özünə bir şey olur, məsələn tutaq ki, ayağın qırılır, qolun sınır, başın deşilir - belə hallarda sən ağrı duyursan; bir də var əzab çəkmək. Hansısa bir əzizinə bəla üz verir, sən isə onun yanında ola bilmirsən, axı ayaqlarında zəncirlər var. Bəzən isə yanında olsan belə əlindən bir şey gəlmir, sadəcə durub maddım-maddım baxırsan. Bax bu, əzabdır və ağrıdan qat-qat öldürücüdür!
Sayfa 71 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Reklam
...ikimizin yerinə edə biləcəyim ən rahat şeydir danışmaq, ikimizin yerinə susa da bilərəm, məsələn ikimizin yerinə ağrıya da bilərəm, mmm, ağlaya da bilərəm, amma sevmək... ikimizin yerinə sevə də bilərəmmi?
Sayfa 166 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Qaçdı-tutdu
Mən olduğum şəhərdə günəş bəhanə etmirdi şüasının altında və işığının köməyi ilə edilən cinayətləri. Yenə də doğurdu, hər sabah doğurdu; qaya çəkilmirdi yerindən dalğalar bir müddət sinəsini döyəcləyib geri çəkildi deyə. Dikilirdi yerində, yerində dikilirdi...
Sayfa 157 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Belə havada insan yalnız sevmək istəyir,belə havada gülmək də,əfv etmək də,barışmaq da asan olur. Bir də qucaqlamaq… belə havada qucaqlamaq keçir insanın qəlbindən,kimliyindən asılı olmayaraq,” Hey-deyə çağırıb,-mən səni sevirəm,çünki sən də mənim kimi insansan,darıxma hər şey yaxşı olacaq!”-demək və ən doğma adamını bağrına basırmış kimi qucaqlamaq…
Sayfa 45 - Parlaq imzalarKitabı okudu
YOLUN SONU
Bir yol təsəvvür edin, elə bir yol ki, bələdçisi olsun, ata qayğısıyla əlinizdən tutsun, sizi azmağa, qorxmağa, büdrəməyə qoymasın; Bir yol təsəvvür edin, elə bir yol ki, sizin öz seçiminiz olsun, öz yolunuz olsun; Bir yol təsəvvür edin, elə bir yol ki, sizi hər şeydən, hər kəsdən ayırsa da, Allaha doğru aparsın...
Sayfa 191 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Reklam
63 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.