Anam Üçün

İlqar Kamil

Anam Üçün Sözleri ve Alıntıları

Anam Üçün sözleri ve alıntılarını, Anam Üçün kitap alıntılarını, Anam Üçün en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Kaş bir az gec gələydin, səni gözləmək səni görməkdən daha gözəldir".
Sayfa 82 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
"Əzab və ağrı! Fərqləri nədir? Özünə bir şey olur, məsələn tutaq ki, ayağın qırılır, qolun sınır, başın deşilir - belə hallarda sən ağrı duyursan; bir də var əzab çəkmək. Hansısa bir əzizinə bəla üz verir, sən isə onun yanında ola bilmirsən, axı ayaqlarında zəncirlər var. Bəzən isə yanında olsan belə əlindən bir şey gəlmir, sadəcə durub maddım-maddım baxırsan. Bax bu, əzabdır və ağrıdan qat-qat öldürücüdür!
Sayfa 71 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Reklam
...ikimizin yerinə edə biləcəyim ən rahat şeydir danışmaq, ikimizin yerinə susa da bilərəm, məsələn ikimizin yerinə ağrıya da bilərəm, mmm, ağlaya da bilərəm, amma sevmək... ikimizin yerinə sevə də bilərəmmi?
Sayfa 166 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Qaçdı-tutdu
Mən olduğum şəhərdə günəş bəhanə etmirdi şüasının altında və işığının köməyi ilə edilən cinayətləri. Yenə də doğurdu, hər sabah doğurdu; qaya çəkilmirdi yerindən dalğalar bir müddət sinəsini döyəcləyib geri çəkildi deyə. Dikilirdi yerində, yerində dikilirdi...
Sayfa 157 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
İnsanı ən çox gözləmədiyi zərbələr məhv edər.
Sayfa 108 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
İnsan bəzən yanıldığına sevindiyi kimi heç nəyə sevinməz.
Sayfa 108 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Reklam
63 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.