Draqan Damyanoviç 1962-ci ildə anadan olub. Pe- doqoji və fəlsəfə fakültələrini bitirib, jurnalistika fakültə sinin aspirantı olarkən şeir yazmağa maraq göstərib. Otuz il jurnalistika sahəsində çalışaraq, Radio-televiziyada "Axşam xəbərləri"nin müx- biri olub.
Damyanoviç uşaqlıq- dan genetik olaraq hər şeyə maraq göstərən bir insandır. Onun ulu babaları hərbçi, partiya üzvləri, abbat, hətta mitropolit olublar. Belə bir mühitdə dünyaya göz açan insan da istər-istəməz öz provaslav keçmişinə, şəcərəsinə qızğın maraq göstərib. Bu gün o, ailə başçısı, iki oğul və bir qız atasıdır.
Draqan Damyanoviç öz romanlarında əsas etibarilə Kosovodan, Drina, Savva və Dunay çayları ətrafından olan insanların taleyindən bəhs edir.
O, onillərlə ən məşhur KİV-lərdə reportyor işləmiş, təkcə Kosovada deyil, eyni zamanda Şumadində, Bosniya və Herseqovinada, Krayində, Belqradda yaşayan insanlar haqqında həqiqətləri təsvir etmişdir. Bu yaxın larda hazırladığı və ötən əsrin doxsarıncı illərində Yuqoslaviyanın dağılma- sından bəhs edən buraxılışda, Damyanoviç öz xalqının yaşadığı ağır taleyi, zülm və məşəqqətləri təkcə zahirən təsvir etməklə kifayətlənməmiş, onların arxa planını, köklərini də analiz etmişdir.
Damyanoviç hər zaman təqdiri-ilahiyə üstünlük vermiş, insanları və şəraiti onların azad iradəsi, Tanrı qanunları əsasında dəyərləndirmişdir.
O, üç şeir kitabı, iki monoqraf, bir neçe roman və tədqiqatlar müəllifidir. Hazırda yeddi kitabı, o cümlədən beş romanı çapa hazırlanır.
Alim Draqan Damyanoviç İnnovasiya Elmlər Akademiyasının üzvü, Serbiya Kral Akademiyasının prezidentidir, beş fəxri doktorluq dərəcəsinə malikdir.