Anna Karenina

Lev Tolstoy

Anna Karenina Yorumları ve İncelemeleri

Anna Karenina yorumları ve incelemelerini, Anna Karenina kitabı hakkındaki okur görüşlerini , Anna Karenina puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.710 üzerinden
9,8bin Kişi · 1685 İnceleme
856 syf.
·
Puan vermedi
·
125 günde okudu
Uzun zamandır oxuyub bitirməyə çalışdığım Anna… İlk öncə əsər haqqında onu deyim ki,əsərdə olduqca çox obraz var.Hətta kitaba biraz ara verdikdə obrazları unuda bilərsiniz(adları biraz yadda qalan deyil).Və mənə əsərin sıxıcı gələn hissəsi Levin və digərlərinin keçirilən iclaslarda,şənliklərdə aralarında keçən vəzifələr və kənd təsərrüfatı
Anna Karenina
Anna KareninaLev Tolstoy · Əli və Nino və Qanun Nəşriyyatı · 201339,7bin okunma
856 syf.
9/10 puan verdi
·
8 günde okudu
"Bütün xoşbəxt ailələr bir - birinə bənzəyirlər, bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir." Əsərin əsasını təşkil edən cümlə. Dünya klassiki Lev Tolstoy Anna Karenina əsərini 1873-1877 ci illərdə qələmə alıb. Müəllif əsəri qonşusunun danışdığı başına gəlmiş gerçək hekayə əsasında qələmə alıb. Belə ki, əsər həm də avtobioqrafik səciyyə daşıyır. Romandakı " Levin" obrazı ilə Tolstoy özünün prototipini yaradıb. Əsərdə bir ailənin problemleri ilə yanaşı bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxunulur. Mövcud dövürdə ailə dəyərlərinin, əxlaqın necə aşağı olması qələmə alınıb. Anna Karenina obrazı çox ziddiyyətli bir obrazdı. Hər şeyə sahib olan Anna bunların dəyərini bilmir. Gözəl ailəsindən, övladından,imtina edib sevgilisi ilə həyatına davam edir. Nümunə olacaq bir obraz deyil. Əsərdə geniş yer ayrılmış əsas obrazlardan biri Levindi. Əsəri onun adı ilə də bağlamaq olar. Anna xarakterini nə qədər sevmədimsə Levini bir o qədər çox sevdim. Onun daxili zənginliyi,dünyagörüşü, qadını necə yüksək tutması, sadiqliyi və s. Obrazı sevdirməyə kifayət edir.
Anna Karenina
Anna KareninaLev Tolstoy · Əli və Nino və Qanun Nəşriyyatı · 201339,7bin okunma
Reklam
856 syf.
8/10 puan verdi
·
7 günde okudu
Uzun müddətdir haqqında eşitdiyim, amma bir şəkildə əlimin getmədiyi bir kitab idi. Həm 900 səhifəyə yaxın olması, həm də azərbaycanca klassika olması məni çox çəkindirirdi. Kitabımız baş obrazının olan Annanın həyatı haqqındadır. Dövrünün Rusiyasının cəmiyyətində baş verənləri də biz obrazların nəzdində görə bilirik. Anna çox ziddiyyətli bir obraz idi. Oxucularını iki yerə ayırıb. Bir tərəf Annanı haqlı bir tərəf isə haqsız görür. O özündən 20 yaş balaca Aleksey Aleksandroviçin həyat yoldaşı olaraq qarşımıza çıxır. Lakin gənc bir qadın olaraq, sevmədiyi birisi ilə məcburi evliliyi onun həyatını yaşamasına imkan verməmişdi. Vronski ilə arasındakı eşqin yaranması qarşısı alınmaz bir şey idi. Xəyanətini haqlı görməsəmdə Annanın prespektivindən baxdıqda onu anlaya bilirdim. Lakin bir çoxlarının onu bu qədər əzməsini anlaya bilmədim. Çünki kitabda xəyanət edən başqa obrazlarda vardı, halbuki sadəcə Anna təhqir edilirdi. Kitab məni biraz xəyal qırıqlığına uğratdı. Kaşki daha fərqli bir son oxuma şansımız olsa idi.
Anna Karenina
Anna KareninaLev Tolstoy · Əli və Nino və Qanun Nəşriyyatı · 201339,7bin okunma
856 syf.
10/10 puan verdi
·
Beğendi
·
62 günde okudu
Lev Tolstoy – "Anna Karenina"
Lev Tolstoyun "Anna Karenina" romanı, mənə çox xoşbəxt hisslər yaşadıran və mənə qeydə alınması vacib olan bir kitabdır. Bu əsər, Anna Karenina adlı qadının həyatını və onun içindəki boşluqları fərq etmədiyi və sonucunda faciə ilə üzləşdiyi həyatı mükəmməl bir şəkildə təsvir edir. Anna Karenina, gözəl bir ailəyə, yüksək vəzifədə çalışan
Anna Karenina
Anna KareninaLev Tolstoy · Əli və Nino və Qanun Nəşriyyatı · 201339,7bin okunma
856 syf.
9/10 puan verdi
·
Beğendi
Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir. Ahh Anna! Kitabın əvvəlində Annaya qarşı sevgi, ortalarında sevgi qarışıq nifrət,  sonlarında isə yalnızca nifrət etdiyim bir kitab oldu.  Kitabı oxuyanlar nifrət ilə yanaşı Annaya acıyırlar. Bir yerə qədər mən də o cür düşünürdüm amma oğluna aid bir hissəni oxuduqdan sonra bu fikirlərim nifrətə doğru dəyişdi. Kitabın yuxarıda qeyd etdiyim ilk cümləsində də deyildiyi kimi kitabda yer alan ailələrin hamısı özünə görə ayrı cür bədbəxt idi. Kimisi xəyanət qurbanı olur  kimisi ani ehtirasın qurbanı olur və s. Ümumiyyətlə bu tip hadisələrdə yəni xəyanət, aldatma, ailəni atıb getmə kimi hadisələrdə cismani olaraq zövq alsalar belə bir müddətdən sonra ruhən rahatlıq, sakitlik tapa bilmirlər və əvvəlkindən daha çox bədbəxt olurlar, sonları heç də yaxşı bitmir. Kitabın nəticələr çıxarıb öz ailəmdə nəzərə alacağım bir çox hissəsi oldu Baxmayaraq ki, əvvəlcədən çox böyük bir spoiler almışdım kitabın sonu haqqında☹ amma yenə də sevərək və hiss edərək oxudum.
Anna Karenina
Anna KareninaLev Tolstoy · Əli və Nino və Qanun Nəşriyyatı · 201339,7bin okunma
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.