Merhabaa. Bu kitapı da yine ingilizceme göre almışım, şimdi hatırlıyorum. Evde olduğu için okudum ama çok güzeldii, ben çok sevdim. Hem sıkıcı değil, hem ingilizceniz gelişiyorr.
Anna KareninaLev Tolstoy · Logos Yayınları · 039.7k okunma
Levinin Stepan Arkadiçə olan nitqdən;
-Aristokratlar bizik, bu dünyanın hakimlərindən sədəqə almaqla yaşamağı bacaranlar, qara qəpiyə satılanlar deyil.
Stepan Arkadiç gözləri şən-şən parıldadı.
-Sən axı öz yeməyin ola-ola başqasının payına tamah salmağın tərəfdarı deyilsən,sən bunu cinayət hesab edirsən; mənsə məhəbbətsiz həyatı qəbul edə bilmirəm,- deyə o,Levinin sualına öz bildiyi kimi anlayaraq cavab verdi. -Nə etmək olar mən belə yaradılmışam. Həm də ki bunun başqalarına o qədər az ziyanı ,amma özün üçün o qədər ləzzəti var ki....
- Nə olub yoxsa yenə təzə nəsə var ?- deyə Levin soruşdu.
-Var, qardaş! Bax sən yalnız ülvi, pak qadınların olduğunu bilirsən.... belə qadınları yuxuda görmək olar....Belə qadınlar həyatda adama rast gələndə.......çox dəhşətli olurlar. Bilirsənmi, qadın elə bir şeydir ki,onu nə qədər öyrənirsən öyrən, yenə də onda təzə bir şey tapacaqsan.
-Onda heç öyrənməsən yaxşıdır.
-Yox, Hansı bir riyaziyyatçısa demişdir ki, həzz kəşf etməkdə deyil,onu axtarmaqdadır.
Nikolay Levin sözünə davam etdi:
-Sən bilirsən ki, kapital işçini əzir,-,bizdəki işçilər, yəni mujiklər zəhmətin bütün yükünü çəkirlər və elə bir vəziyyət yaradıblar ki,onlar nə qədər işləsələr də,öz heyvani vəziyyətlərindən çıxa bilmirlər. Öz vəziyyətlərini yaxşılaşdırmağa, özlərinə asudə vaxt qazanmağa və bunun nəticəsində də təhsil almağa imkan verən əmək haqqının bütün qazancı, artıq zəhmət üçün ödənməli pullar kapitalistlər tərəfindən onların əllərindən alınır. Cəmiyyət elə qurulub ki,onlar nə qədər çox işləsələr, tacirlər, torpaq sahibləri bir o qədər çox qazanacaqlar, onlarsa həmişə işlək heyvan kimi qalacaqlar.Bu nizamı dəyişmək lazımdır,-deyə o sualedici nəzərlərlə qardaşına baxaraq sözünü bitirdi.