Ölümlə Görüş
(səhifə 82)
- ...Bəzən fikirləşirəm ki, qurban vermək lazımlı şeydir... Yəni insanlar həyata çox böyük qiymət verirlər. Əslində ölüm biz düşündüyümüz qədər də əhəmiyyətli bir şey deyil.
- Hə, bilirəm ki haqlısınız. Amma bəzən ölüm problemləri həll edə bilir. Hətta həyata məna da verə bilir.
- Bir nəfərin bütün insanların xeyri üçün ölməsi daha məqsədəuyğundur.
Ölümlə Görüş
- Əziz gənc ledi, hansımız normalıq ki?
(səhifə 15)
bəli, məsələ də ordadır ki heç birimiz normal deyilik. hər kəs bir-birinə görə anormal, özünə görə normaldır.
Ölümlə Görüş
(səhifə 39-40)
- Bu gün biz belə şeyləri ətrafımızda tez-tez görürük. Siyasət, millətlərin daxilində baş verənlər.. İnsanları vecinə alan yoxdur. Bəzən deyirlər ki, hər şey yaxşıdır, yaxşı rejim, dövlət qayğısı... Amma bunlar hamısı güc, qorxu və dəhşət üzərində qurulur. Onlar - bu zorakılıq elçiləri öz xeyirləri üçün qapıları açırlar, qədim vəhşilik, qəddarlıq üzə çıxır. Bunlar mürəkkəb məsələlərdir. İnsan əhilləşdirilmiş heyvandır. İnsanın yalnız bir ibtidai məqsədi var - yaşamaq. Sürətli inkişaf gec inkişafdan daha ziyanlıdır. O yaşamalıdır. Bəlkə də buna görə insanlar qəddarlığı saxlayırlar, onu məhv etmirlər, amma mümkün qədər gizlətməyə çalışırlar.